Körpələr evlərinə, körpələr
evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi
uşaq
bağçalarına və uşaq
evlərinə müddətli vergi güzəştlərinin
verilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən başlayaraq, 10 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar.
Maddə 2. Bu qanunun 1-ci maddəsi ilə vergiləri ödəməkdən azad edilmiş hüquqi şəxslər digər fəaliyyətlə məşğul olduqda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun vergiyə cəlb olunurlar.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2013-cü il
Azərbaycan.-2014.- 7 fevral.- S.2.