Azərbaycanın Strateji
Araşdırmalar Mərkəzi və Mərakeş
Strateji Araşdırmalar Mərkəzi
arasında əməkdaşlıq haqqında saziş
imzalanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Mərakeş Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.
SAM-ın mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, sazişin imzalanması Mərakeş Strateji Araşdırmalar Mərkəzi və Afrika Strateji Araşdırmalar Federasiyasının təşkil etdiyi V beynəlxalq təhlükəsizlik forumundan sonra reallaşmışdır.
Xatırladaq ki, SAM-ın direktoru Fərhad Məmmədov və qurumun xarici siyasət məsələlərinin təhlili şöbəsinin məsləhətçi-eksperti Kamal Qasımov Mərakeşdə səfərdə olmuşlar. Forumun plenar iclasında Mərakeş, Tunis, Misir, Fransa, İtaliya, ABŞ və digər ölkələrdən ekspertlər, diplomatlar, hərbçilər çıxış etmiş, bölgədəki proseslər, regional təhlükəsizliyin müxtəlif aspektləri haqqında fikirlərini bölüşmüşlər. Forum beş plenar iclasdan və üç seminardan ibarət olmuşdur.
Fərhad
Məmmədov forumda "Dağlıq Qarabağ
münaqişəsi regional sabitliyə və təhlükəsizliyə
təhdid kimi" mövzusunda çıxış
etmişdir. F.Məmmədov Dağlıq Qarabağ
münaqişəsinin regionun təhlükəsizliyinə
vurduğu zərəri sistemli
şəkildə təhlil etmişdir.
Azərbaycan.-2014.- 7 fevral.- S.4.