Bakıda III Vergi Forumu keçirilir

 

Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda  Vergi Forumu işə başlamışdır. Forumun "Vergi inzibatçılığında partnyorluq münasibətləri" və "Müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolu" adlı sessiyalarında dövlət orqanlarının, Avropa İttifaqının, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Niderland Krallığının, Türkiyə, Gürcüstan və Qazaxıstanın vergi qurumlarının, bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri və adamları iştirak etmişlər.

Vergilər nazirinin müşaviri Akif Musayevin, Türkiyə Gəlirlər Administrasiyası rəhbərinin müavini Mehmet Atuğun və "Caspian European Club"un baş icraçı direktoru Telman Əliyevin moderatorluğu ilə "Vergi inzibatçılığında partnyorluq münasibətləri" mövzusunda keçirilən sessiyada Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi İlkin Vəliyev, "Risklərin idarə edilməsı və partnyorluq", Azərbaycan Respublikası Mərkəzi Bankının Pul siyasəti departamentinin direktor müavini Fəxri İsmaylov "Vergi öhdəliklərinin icra modeli", Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Natiq Şirinov "Bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sisteminin yaradılması", Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə "Dövlət və bələdiyyələr arasında iqtisadi münasibətlər", vergilər nazirinin müşaviri Ələkbər Məmmədov "Vergilərin məcburi yığılmasından könüllü ödənilməsinə keçid: problemlər, perspektivlər" , Auditorlar Palatasının keyfiyyətə nəzarət komitəsinin sədri İslam Bayramov "Auditin inkişafında ictimai etimadın qazanılmasının rolu", "Paşabank" ASC idarə heyətinin üzvü Şahin Məmmədov "Müasir vergi xidməti: vergi orqanları və biznes arasında dialoq", Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Natəvan Məmmədova "Vergi xidmətinin inkişafında özəl sektor və dövlət arasında partnyorluq münasibətləri", Xəzər-Avropa İnteqrasiya İşgüzar klubun rəhbəri Telman Əliyev "Dövlət-biznes əməkdaşlığı: qarşılıqlı faydalı partnyorluq münasibətləri" mövzularında çıxışlar etmişlər.

Vergilər nazirinin müşaviri Asəf Əsədovun, Beynəlxalq Maliyyə Korporasiyasının vergilər üzrə regional koordinatoru Maykl Engelşalkın və Azərbaycanda Amerika-Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlunun moderatorluğu ilə "Müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolu" mövzusunda keçirilən ikinci sessiyada isə Asəf Əsədovun "Müasir vergi inzibatçılığının inkişafında bilik menecmentinin rolu", Maykl Enqelşalkın "Kiçikorta müəssisələr üçün informasiya texnologiyalarına əsaslanan vergiyə əməletmə sisteminin yaradılması", Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndəsi, "Azerfon" şirkətinin baş direktoru Kent Maknillinin "Nağdsız ödəniş sistemləri", Gürcüstan Gəlirlər Xidmətinin İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Vaxtanq Laşkaradzenin "Vergi sistemində elektron xidmətlər", "Ernst&Young" Audit Şirkətinin partnyoru Arzu Hacıyevanın "Neft-qaz sektorunda korporativ vergi menecmentivergi risklərinin idarə edilməsi", "PricewaterhouseCoopers" Audit Şirkətinin vergi direktoru Arif Quliyevin "İstehsal və xidmət sahələrində korporativ vergi menecmentivergi risklərinin idarə edilməsi", "Deloitte&Touche" Audit Şirkətinin partnyoru Nuran Kərimovun "Maliyyə sektoru sahəsində vergi menecmentivergi risklərinin idarə edilməsi", "GBRS" şirkətinin idarəedici partnyoru Elşən Rəhimovun "Azərbaycanda mühasibat uçotunun mövcud vəziyyəti və inkişaf yolları" və Türkiyə Gəlirlər Administrasiyasının Qrup rəhbəri Ahmet Kurtun "Ödənişi qeydə alan cihazlar" mövzusunda çıxış və təqdimatları da dinlənilmişdir.

Çıxışlarda bildirilmişdir ki, Azərbaycanın Vergilər Nazirliyi bugünədək 613 vergi ödəyicisi ilə tərəfdaşlıq sazişi imzalayıb. O da qeyd olunub ki, tərəfdaşlıq müqavilələrinin imzalanması prosesi keçən ildən başlanıb. Çıxışlarda həmçinin vurğulanıb ki, Azərbaycanda bələdiyyə vergilərinin yığımı avtomatlaşdırılıb. Bir neçə həftə əvvəl Vergilər Nazirliyi bələdiyyələrin vergi informasiya sisteminin avtomatlaşdırılmasını başa çatdırıb. Sistemin hazırlanması zamanı isə nazirlik bələdiyyələrin nümayəndələri ilə 500-ə yaxın görüş keçirib. Proqram təminatı "Cybernet" şirkəti tərəfindən hazırlanan bu sistemin işi bələdiyyə gəlirlərinin ödənişi ilə bağlı olan bütün əməliyyatların avtomatlaşdırılmasına imkan verir. Sistem işə düşdükdən sonra bələdiyyə vergi ödəyiciləri olan fiziki şəxslər vergilərini bələdiyyələrə gəlmədən ödəmək imkanı əldə edəcəklər. Ümumiyyətlə, Vergilər Nazirliyi 2015-ci ilədək könüllü vergi ödənişi səviyyəsinin 82-85 faizədək artırılmasını hədəfləyir. Bunun davamı olaraq qeyd edilib ki, Azərbaycanda "ASAN İmza" mobil rəqəmsal imza sahiblərinin sayı hazırda 23 min nəfərdən çoxdur. Artıq xarici tərəfdaşlar bu sahədə ölkəmizin təcrübəsinə maraq göstərirlər. Bu isə o deməkdir ki, Avropa Parlamentinə təqdim olunacaq "ASAN İmza" layihəsi gələcəkdə digər dövlətlər tərəfindən də tanınacaq.

Sessiyalarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılmış, forum iştirakçıları vergi qanunvericiliyivergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış etmişlər.

"Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda III Vergi Forumu bu gün öz işini plenar iclasla davam etdirir.

 

Azərbaycan.-2014.- 7 fevral.- S.6.