IDEA İctimai Birliyi tullantıdan incəsənətə keçidi
özündə əks etdirən
videoçarxı ictimaiyyətə təqdim etmişdir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Yeni il öncəsi "Tullantıdan incəsənətə" adlı layihə həyata keçirmişdir.
İctimai Birlikdən AzərTAc-a verilən məlumata görə, layihə çərçivəsində Bakı şəhərində istifadə olunmuş 3 mindən çox plastik butulka toplanmış, paytaxtın Səməd Vurğun küçəsində onlardan dekorativ şam ağacı hazırlanmışdır.
IDEA İctimai Birliyi geniş marağa səbəb olan dekorativ şam ağacının hazırlanması prosesi fonunda tullantıdan incəsənətə keçidi özündə əks etdirən videoçarx hazırlamışdır.
Dünya mediasının diqqətini cəlb edən layihənin videoçarxı ictimaiyyətə təqdim olunmuşdur.
Videoçarxla
http://www.youtube.com/watch?v=KbxfLeMwsHI linkindən tanış olmaq
mümkündür.
Azərbaycan.-2014.- 7 fevral.- S.6.