Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə Çexiya Prezidenti Miloş Zeman ilə görüşü
Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında münasibətlərin son vaxtlarda inkişafından məmnunluq ifadə olundu. Azərbaycan Respublikası ilə Çex Respublikası arasında siyasi əlaqələrin yaxşılaşmasının müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə də əlverişli şərait yaratdığı bildirildi.
Daha
sonra görüşdə kənd təsərrüfatı,
ticarət, səhiyyə, əczaçılıq və digər
sahələrdə əməkdaşlığın genişləndirilməsi
imkanları barədə ətraflı fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.-2014.- 8 fevral.- S.1.