Azərbaycan Respublikasının Əmək
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 213; 2001, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr 672, 679, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 2, ¹ 5, maddə 241, ¹ 6, maddə 328; 2003, ¹ 1, maddələr 9, 23; 2004, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 6, maddə 413, ¹ 7, maddə 505, ¹ 9, maddə 672, ¹ 12, maddə 981; 2005, ¹ 3, maddə 151, ¹ 4, maddə 278, ¹ 7, maddə 560, ¹ 10, maddə 874, ¹ 11, maddə 1001, ¹ 12, maddə 1094; 2006, ¹ 3, maddələr 220, 222, ¹ 5, maddə 385, ¹ 11, maddə 923, ¹ 12, maddələr 1004, 1025, 1030; 2007, ¹ 5, maddələr 401, 437, ¹ 6, maddə 560, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1049, 1053; 2008, ¹ 3, maddə 156, ¹ 7, maddələr 600, 602, ¹ 10, maddə 887, ¹ 11, maddə 960; 2009, ¹ 2, maddə 48, ¹ 5, maddə 294, ¹ 6, maddə 399, ¹ 12, maddələr 949, 969; 2010, ¹ 2, maddələr 70, 75, ¹ 4, maddə 275; 2011, ¹ 1, maddə 11, ¹ 2, maddələr 70, 71, ¹ 6, maddə 464, ¹ 7, maddə 598; 2012, ¹ 11, maddə 1054; 2013, ¹ 2, maddələr 89, 101; Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 749-IVQD ¹ li Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü maddənin 3-cü hissəsindən "hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan" sözləri çıxarılsın.
2. 3-cü maddəyə aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:
"5-1. Əmək müqaviləsi bildirişi - bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəd.".
3. 7-ci maddənin 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin və həmin maddəyə aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
"2. Bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır.".
4. 9-cu maddənin "n" bəndində nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda "o" bəndi əlavə edilsin:
"o) elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək.".
5. 12-ci maddənin "ğ" yarımbəndində nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda "h" yarımbəndi əlavə edilsin:
"h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla).".
6. 15-ci maddəyə aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin:
"7. Müvafiq icra hakimiyyəti orqanı elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının real vaxt rejimində inteqrasiya olunmasını təmin etməlidir.".
7. 43-cü maddənin 2-ci hissəsinin "a" bəndi aşağıdakı redaksiyada verilsin:
"a) işçinin soyadı, adı, atasının adı
və ünvanı, şəxsiyyətini təsdiq
edən sənədin
adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq
edən sənədi verən orqanın adı;".
8.
43-cü maddənin 2-ci hissəsinin
"b" bəndi aşağıdakı
redaksiyada verilsin:
"b) işəgötürən hüquqi
şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
(VÖEN), sığortaedənin uçot nömrəsi
(SUN), hüquqi ünvanı,
fiziki şəxs olduqda onun adı,
soyadı, atasının
adı, vergi ödəyicisinin eyniləşdirmə
nömrəsi (VÖEN), sığortaedənin
uçot nömrəsi
(SUN), dövlət sosial
sığorta şəhadətnaməsinin
nömrəsi (SSN), ünvanı,
şəxsiyyətini təsdiq
edən sənədin
adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi
identifikasiya nömrəsi
(FİN), verildiyi tarix,
şəxsiyyəti təsdiq
edən sənədi verən orqanın adı;".
9.
43-cü maddənin 2-ci hissəsinin
"ğ" bəndi "x" bəndi hesab edilsin və aşağıdakı məzmunda
"ğ" və "h" bəndləri əlavə
edilsin:
"ğ)
ilk dəfə əmək fəaliyyətinə
başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin
nömrəsi (SSN);
h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması
barədə qeyd.".
10. 49-cu maddə aşağıdakı
redaksiyada verilsin:
"Maddə 49. Əmək
müqaviləsinin hüquqi
qüvvəyə minməsi
1. Bu məcəllənin 7-ci maddəsinin
2-1-ci hissəsi ilə
müəyyən edilmiş
hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması,
ona dəyişiklik edilməsi və ya xitam verilməsi
bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin
həmin elektron informasiya sistemində qeydiyyata alınmasından
və bu barədə işəgötürənə
elektron qaydada məlumat göndərilməsindən
sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin
qeydiyyata alınması
barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə
elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilmiş dövlət orqanlarında
müvafiq vəzifələrə
(peşələrə) qəbul
edilən (götürülən)
işçilərlə işəgötürənlər
arasında bağlanılmış
əmək müqaviləsində
başqa hal nəzərdə tutulmayıbsa,
o, tərəflərin imzaladığı
gündən hüquqi
qüvvəyə minir.
Həmin
əmək müqaviləsinin
hər hansı dövlət orqanında və ya digər
qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi
bildirişinin forması
və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi
bildirişinin qeydiyyata
alınması ilə
bağlı işəgötürənə
göndərilən məlumat
forması, habelə qeydiyyata alınmış
əmək müqaviləsi
bildirişinin məlumatlarını
real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.".
Maddə 2. Azərbaycan
Respublikasının Əmək
Məcəlləsinə 1-ci əlavənin (əmək
müqaviləsinin (kontraktının)
nümunəvi formasının)
1-ci paraqrafında aşağıdakı
dəyişikliklər edilsin:
1. 1.1-ci bənddə "idarənin,
müəssisənin, təşkilatın
adı" sözlərindən
sonra ", vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
(VÖEN)" sözləri, "vəzifəsinin adı"
sözlərindən sonra
", adı, atasının
adı və soyadı" sözləri
əlavə edilsin,
2-ci halda "adı, atasının adı və soyadı" sözləri "(işəgötürən
fiziki şəxs olduqda onun adı,
atasının adı,
soyadı, vergi ödəyicisinin eyniləşdirmə
nömrəsi (VÖEN), sığortaedənin
uçot nömrəsi
(SUN), dövlət sosial
sığorta şəhadətnaməsinin
nömrəsi (SSN), şəxsiyyətini
təsdiq edən sənədin adı, onun seriyası, nömrəsi, pin kodu və ya fərdi
identifikasiya nömrəsi
(FİN), verildiyi tarix,
şəxsiyyət vəsiqəsini
verən orqanın adı)" sözləri
ilə əvəz edilsin, "vətəndaşlığı,
şəxsiyyətini təsdiq
edən sənəd, onun nömrəsi, verildiyi tarix və onu verən
orqanın adı"
sözləri "vətəndaşlığı,
şəxsiyyətini təsdiq
edən sənədin
adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix və onu verən
orqanın adı"
sözləri ilə əvəz edilsin, "təhsili, ixtisası, sənəti, peşəsi,
bitirdiyi təhsil müəssisəsinin adı"
sözlərindən sonra
", ilk dəfə əmək
fəaliyyətinə başlayanlar
istisna olmaqla, dövlət sosial sığorta şəhadətnaməsinin
nömrəsi (SSN)" sözləri
əlavə edilsin.
2. 1.2-ci bənddə "iş yerinin və vəzifənin, peşənin
adı" sözləri
"iş yerinin adı, onun əsas iş yeri və ya
əlavə iş yeri olması barədə qeyd, vəzifənin, peşənin
adı" sözləri
ilə əvəz edilsin.
Maddə 3. Keçid
müddəalar
Bu qanun qüvvəyə
mindiyi günədək
yazılı bağlanılmış
və qüvvədə
olan əmək müqavilələri barədə
əmək müqaviləsi
bildirişləri müvafiq
icra hakimiyyəti orqanının elektron informasiya sistemində qeydiyyata alınması məqsədi ilə işəgötürənlər tərəfindən 2014-cü ilin
1 iyul tarixinədək
həmin elektron informasiya sisteminə daxil edilməlidir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr
2013-cü il
Azərbaycan.-2014.- 9 fevral.- S.2.