Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹4, II kitab, maddə 251, ¹5, maddə 323, ¹12, maddə 835; 2001, ¹1, maddə 24, ¹7, maddə 455; 2002, ¹1, maddə 9, ¹5, maddələr 236, 248, 258, ¹6, maddə 326, ¹8, maddə 465; 2003, ¹6, maddələr 276, 279, ¹8, maddələr 424, 425, ¹12, I kitab, maddə 676; 2004, ¹1, maddə 10, ¹4, maddə 200, ¹5, maddə 321, ¹8, maddə 598, ¹10, maddə 762, ¹ 11, maddə 900; 2005, ¹1, maddə 3, ¹6, maddə 462, ¹7, maddə 575, ¹10, maddə 904, ¹11, maddə 994; 2006, ¹2, maddələr 71, 72, 75, ¹5, maddə 390, ¹12, maddələr 1008, 1020, 1028; 2007, ¹2, maddə 68, ¹5, maddə 398, ¹6, maddələr 560, 562, 579, ¹8, maddə 757, ¹10, maddələr 937, 941, ¹11, maddələr 1049, 1080, 1090, ¹12, maddə 1221; 2008, ¹6, maddələr 454, 461, ¹7, maddə 602, ¹10, maddə 884, ¹12, maddələr 1047, 1049; 2009, ¹5, maddə 315, ¹7, maddə 517, ¹12, maddə 953; 2010, ¹2, maddə 70, ¹3, maddələr 171, 178, ¹4, maddələr 275, 276, ¹7, maddə 591; 2011, ¹4, maddə 253, ¹6, maddə 472, ¹7, maddələr 587, 601, 621, ¹11, maddə 980, ¹12, maddə 1093; 2012, ¹2, maddə 45, ¹3, maddələr 193, 196, ¹7, maddələr 666, 669, 673, ¹11, maddə 1068, ¹12, maddə 1223; 2013, ¹1, maddə 14, ¹2, maddə 102, ¹4, maddə 364, ¹5, maddələr 459, 479, 481, ¹6, maddələr 594, 600; Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 745-IVQD nömrəli, 22 oktyabr tarixli 771-IVQD nömrəli və 29 oktyabr tarixli 798-IVQD nömrəli qanunları) aşağıdakı məzmunda  162-1-ci maddə əlavə edilsin:

 

"Maddə 162-1. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi

 

162-1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi -

 

yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

162-1.2. Eyni əməllər təkrar törədildikdə -

 

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

Qeyd: Bu maddədə "xeyli sayda" dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.".

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2013-cü il

Azərbaycan.-2014.- 9 fevral.- S.3.