Azərbaycan Milli Kitabxanasında «Cəlil Məmmədquluzadə-145» mövzusunda sərgi açılmışdır

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında böyük Azərbaycan yazıçısı, publisist, nasir, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 145 illiyi münasibətilə sərgi açılmışdır.

Kitabxanadan bildirmişlər ki, "Cəlil Məmmədquluzadə - 145" mövzusunda təşkil olunan sərgidə görkəmli yazıçının əsərləri, haqqında yazılmış kitablar nümayiş etdirilir.

 

Azərbaycan.-2014.- 9 fevral.- S.8.