Regionların inkişafı dövlət
proqramlarının icrası
ölkənin
iqtisadi potensialını gücləndirmişdir
Regionların inkişafına dair ikinci dövlət proqramının da icrası başa çatdı. Beləliklə, 2004-2008-ci illəri əhatə edən birinci və 2009-2013-cü illər üçün nəzərdə tutulan ikinci dövlət proqramı ölkə həyatının bütün sahələrinə bir yüksəliş, bölgələrə saysız-hesabsız yeniliklər gətirdi. Nəticədə şəhərlər, rayon mərkəzləri, ələlxüsus kənd və qəsəbələrimiz abadlaşdı, gözəlləşdi.
Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində məlum hadisələrin mənfi təsirindən sükuta qərq olmuş, lakin ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra dirçəlmiş və canlanmış obalarımızda həyat bulaq kimi qaynayır. Bu, dövlət başçısı İlham Əliyevin regionların inkişafına yönəldilən və öz təcəssümünü dövlət proqramlarının uğurla yerinə yetirilməsində tapan qayğı və siyasətinin bəhrəsidir.
Bu günlərdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda qazanılan nailiyyətlər barədə ətraflı söhbət açıldı.
Konfransda çıxış edən Prezident İlham Əliyev demişdir: "Birinci beşillik proqram, demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur".
Belə ki, ölkədə
iqtisadiyyat 3,4 dəfə, sənaye
istehsalı 2,7 dəfə, kənd təsərrüfatı
1,5 dəfə artıb. 10
ildə 1 milyon 200 min yeni iş yeri
açılıb ki,
onların da 900 mini daimidir. Yoxsulluq təxminən 50 faizdən
5,3 faizə enib. İşsizlik cəmi 5 faiz təşkil edir ki, bu göstəriciyə
hətta bir sıra inkişaf etmiş ölkələr
də hələ nail
ola bilməyib.
Bunlar adi rəqəmlər deyil. Onların arxasında
Azərbaycanın müstəqilliyi,
iradəsi, ölkədə
bütün sahələrin
tarazlı şəkildə
inkişafına yönəldilmiş
düzgün siyasət
dayanır. Təsdiqi isə
xalqın güzəranının
ilbəil daha da yaxşılaşması,
iri şəhərlərimizlə
bahəm bölgələrimizin,
ucqar kəndlərimizin
simasının belə
tanınmaz dərəcədə
dəyişməsidir.
Dövlət başçısı "Əlbəttə,
2006-ci ildə istifadəyə
verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
fəaliyyəti nəticəsində
ölkəyə böyük
valyuta axını başlamışdır. O illərdə
iqtisadi artım daha çox neft amilinə bağlı idi. Ancaq biz neft gəlirlərimizdən
çox səmərəli
şəkildə istifadə
edə bilmişik",
demişdir və əldə edilən gəlirlərin iqtisadiyyatın
real sektoruna, infrastruktur
layihələrinə istiqamətləndirildiyini
vurğulamışdır.
Son 10 ildə ölkədə
yatırılan 160 milyard
dollarlıq sərmayə
iqtisadiyyatın inkişafına
böyük təkan verib. Əsas neft müqavilələrinin
bağlanmasına və
artıq icra edilməkdə olduğuna
baxmayaraq, Azərbaycan
xarici sərmayədarlar
üçün yenə
də cəlbedici ölkədir. Bu gün qeyri-neft sektorunun inkişafına da böyük investisiyalar yönəldilir.
Bir vaxtlar
"sənaye müəssisəsi"
dedikdə yalnız böyük şəhərlərdəki
zavod və fabriklər göz önünə gəlirdi. Son 10 ildə ölkənin elə bir rayonu
olmayıb ki, orada yeni sənaye
müəssisəsi istifadəyə
verilməsin. Bu dövrdə regionlarda
500-dən çox sənaye
müəssisəsi açılıb.
Onlardan yalnız bəzilərinin
adını çəkmək
kifayətdir. Gəncədə,
Sumqayıtda, Naxçıvanda,
Mingəçevirdə, Daşkəsəndə
istifadəyə verilən
müəssisələr öz
yerində, rayonlarda çoxsaylı sənaye ocaqları yaradılıb.
Məsələn, indi
Qazaxda sement, Goranboyda gips və gips məmulatları,
Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəydə
qızıl emalı,
Oğuzda qarğıdalı
emalı və qlükoza, İmişlidə
şəkər, bitki
yağları və qarışıq yem müəssisələri fəaliyyət
göstərir. Bu siyahını xeyli artırmaq da mümkündür.
Ölkənin sosial-iqtisadi həyatının
elə bir sahəsi yoxdur ki, sözügedən proqramların orada müsbət nəticələri
görünməsin. Sahibkarların ölkə iqtisadiyyatına
sərmayə qoyuluşunu
təmin etmək üçün dövlət
tərəfindən konkret
işlər görülüb.
Bu, sahibkarların işinin canlanmasına böyük təkan verib.
Dövlət başçısının göstərişlərinə əsasən,
yaradılmış pilot taxılçılıq
təsərrüfatında ötən il
rekord həcmdə - hər hektardan 55 sentner taxıl və 100 sentnerdən çox yüksək keyfiyyətli qarğıdalı
yığılıb. Hazırda
Beyləqan, Hacıqabul,
Cəlilabad və Xaçmaz rayonlarında da 5 iri fermer
təsərrüfatının yaradılması yekunlaşmaq
üzrədir.
Regionlarda 50 başlıq sudlük cins heyvandarlıq ailə təsərrüfatlarının
yaradılmasına başlanıb. Bu mexanizm ət və süd məhsullarının artırılmasında,
emal sənayesinin xammalla fasiləsiz təmin olunmasında, mal-qaranın cins tərkibinin yaxşılaşmasında,
kiçik sahibkarlığın
inkişafında əhəmiyyətli
addım olacaq.
Aqrar sektorda görülən çoxsaylı
və məqsədyönlü
tədbirlər öz
bəhrəsini verir. Təsadüfi deyil ki, son illərdə
əsas ərzaq məhsulları ilə özümüzü təmin
edə bilirik. Hədəf isə ərzaq məhsullarının idxalını
minimuma qədər azaltmaq, yerli ərzaq məhsulları ilə təminatı 100 faizə çatdırmaqdır.
Proqramlarda infrastruktur layihələrinin
həyata keçirilməsinə
də önəm verilmişdi. Nəticəsi də göz
qabağındadır. Ölkədə son 10 il ərzində ümumi generasiya gücü 2300 meqavat olan 17 elektrik stansiyası tikilib. Başqa sözlə, Azərbaycan artıq öz enerji təhlükəsizliyini
təmin edib. İndi ölkəmiz hətta
600-700 meqavatlıq ixrac
potensialına malikdir.
İnsanların, xüsusilə rayon və kənd camaatının qaz sarıdan çəkdiyi əziyyət
hamının yaxşı
yadındadır. Son illərdə
ölkədə qazlaşma
geniş vüsət aldı. Hətta sovet dönəmində
qaz verilməyən ucqar kəndlərədək
mavi yanacaq xətləri çəkildi.
İndi ölkədə qazlaşdırma
90 faizə çatıb.
Qazlaşdırılmamış yalnız bəzi
kəndlər qalır
ki, onlarda da yaxın bir
neçə ildə mavi yanacaq şölələnəcək.
Yeni yollar tikilib, körpülər salınıb. Şəhərlərarası yollarla yanaşı,
kəndarası və
kənddaxili yollar təmir olunub, qaydaya salınıb.
Şəhər və rayonların su ilə təminatı
yaxşılaşdırılıb. Oğuz-Qəbələ-Bakı su kəmərinin
tikilib istifadəyə
verilməsi ilə paytaxt və Abşeron yarımadası
əhalisinin su təchizatında sabitlik yaranıb. Təkcə
keçən il artezian quyularının
qazılması yolu ilə 104 kəndin su təchizatı təmin edilib. Çay kənarında yerləşən
kəndlərdə sutəmizləyici
qurğular işə
salınıb.
Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sisteminin yaradılması başa çatıb. 12 şəhər
yeni mənbələrdən
su alır. Nəticədə həmin rayon mərkəzlərində
yaşayan 330 min nəfərin
su təchizatı əsaslı şəkildə
yaxşılaşdırılıb.
Sudan söz düşmüşkən:
suvarma suyu bolluğu yaratmaq üçün də böyük layihələr
həyata keçirilib.
Keçən il Taxtakörpü su anbarı istifadəyə verildi. Bu ilin sonunda
isə Şəmkirçay
su anbarı hazır olacaq.
Bu illər ərzində
2700 məktəb tikilib. 500-dən çox tibb müəssisəsi inşa,
yaxud təmir edilib. 41 Olimpiya
İdman Kompleksi istifadəyə verilib və 8-i tikilməkdədir.
Bütün bunlar şərhə
ehtiyacı olmayan faktlardır.
Bir sözlə,
biz böyük uğurlara
nail olmuşuq. Prezident İlham Əliyevin dediyi kimi: "Biz güclü dövlət qurmuşuq. Bu gün
Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir.
Təsadüfi deyildir ki,
BMT-nin Təhlükəsizlik
Şurasına üzv
seçilərkən dünya
birliyinin böyük əksəriyyəti bizim namizədliyimizi dəstəkləmişdir
- 155 ölkə, dünya
birliyinin üçdə
iki hissəsi.
Biz güclü iqtisadiyyat
qurmuşuq. Qısa müddət ərzində
rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə qalxmışıq. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır və
bu, rekord göstəricidir, analoqu olmayan inkişafdır".
Konfransda iki dövlət proqramının icrası
nəticəsində görülmüş
genişmiqyaslı işlərdən
danışılarkən toxunulan
sahələrdə gələcəkdə
qarşıda duran vəzifələrdən də
bəhs edilmişdir. O vəzifələrdən
ki, onlar növbəti, üçüncü
proqramda öz əksini tapacaq. Bunu dövlət başçısı yekun
nitqində də vurğulayaraq demişdir:
¸Bir sözlə,
demək istəyirəm
ki, son 10 il
ərzində qurşıda
duran vəzifələrin
hamısı icra edilib. İki dövlət proqramı
artıqlaması ilə
icra edilib. Bu, ölkəmizin inkişafına çox böyük dəstək olmuşdur. Əminəm ki, qəbul
ediləcək növbəti
- üçüncü proqram
da vaxtında icra olunacaq və
beləliklə, ölkəmizin
uğurlu dinamik inkişafı təmin ediləcəkdiri.
Flora SADIQLI,
Azərbaycan.-2014.- 8 fevral.- S.4.