«Georgia Today» internet portalında Azərbaycanda gedən

 inkişaf prosesləri ilə bağlı məqalə yerləşdirilmişdir

 

Gürcüstanın geniş oxucu kütləsinə malik "Georgia Today" internet portalında Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı məqalə yerləşdirilmişdir.

Məqalənin müəllifi Olqa Azgibetseva yazır ki, digər dövlətlərdən fərqli olaraq Azərbaycanda insanlar ölkəni tərk etmirlər. Əksinə, son vaxtlar başqa ölkələrdən Azərbaycana yaşamaq üçün gələn insanların sayı artır. Müəllif bunun səbəbinin son illər Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi, ölkədə adambaşına düşən ümumi daxili məhsulun artması yoxsulluğun kəskin şəkildə azalması ilə əlaqədar olduğunu yazır. Diqqətə çatdırılır ki, Azərbaycan iqtisadi artım göstəricilərinə görə dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasındadır.

Müəllif vurğulayır ki, Azərbaycanın paytaxtı Bakıda təkcə əhalinin deyil, həm yaşayış yerlərinin sayı artır. Şəhərdə 10 il əvvəl boş olan ərazilərdə artıq yeni binalar, brend otellər tikilmişdir. Paytaxtda metro stansiyalarının sayı daha da artmış, dənizkənarı bulvarın ərazisi genişləndirilmişdir. Azərbaycanda tikinti sektoru ən inkişaf etmiş sahələrdən biridir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 8 fevral.- S.7.