«Azərbaycan Respublikasında dövlət
sirrinin mühafizəsi sisteminin
inkişafına
dair 2014-2018-ci illər
üçün Dövlət Proqramı»nın təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014-2018-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin.
2. Bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə həvalə olunsun.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
10 fevral 2014-cü il
Azərbaycan.-2014.- 11 fevral.- S.1.