Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə

 ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər 2014-cü il yanvarın 1-dən 1 (bir) il müddətinə gəlir vergisindən azad edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2013-cü il

Azərbaycan.-2014.- 11 fevral.- S.1.