İran İslam
Respublikasının Prezidenti zati-aliləri
cənab Həsən Ruhaniyə
Hörmətli cənab Prezident!
İran İslam Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizə və Sizin simanızda qardaş İran xalqına ən səmimi təbriklərimi yetirirəm.
Ölkələrimiz arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən və ortaq mənəvi dəyərlərimizdən qaynaqlanır.
İnanıram ki, Davos İqtisadi Forumu zamanı keçirdiyimiz görüşdə ifadə etdiyimiz kimi, ikitərəfli münasibətlərimizin xoş ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 fevral 2014-cü il
Azərbaycan.-2014.- 11 fevral.- S.1.