«Euronews» televiziya
kanalında «Bakıya uçuş. Müasir
Azərbaycan incəsənəti» sərgisi
ilə bağlı süjet yayımlanmışdır
Dünyanın
nüfuzlu "Euronews" televiziya kanalında Bakıda, Heydər
Əliyev Mərkəzində Heydər Əliyev Fondunun və
"Baku" jurnalının birgə təşkilatçılığı
ilə açılmış "Bakıya uçuş.
Müasir Azərbaycan incəsənəti" sərgisi
haqqında süjet yayımlanmışdır.
AzərTAc
xəbər verir ki, süjetdə "Bakıya uçuş.
Müasir Azərbaycan incəsənəti" sərgisi barədə
ətraflı məlumat verilmiş, sərgidə olduqca
maraqlı əsərlərin nümayiş olunduğu
bildirilmişdir. Vurğulanmışdır ki, bu əsərlər
arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, layihənin
ideya müəllifi Leyla Əliyevanın əsərləri də
böyük maraqla qarşılanır.
Sərgidə
müxtəlif janrlarda işləyən azərbaycanlı rəssamların
100-dən artıq əsəri nümayiş olunur.
Qeyd
edilmişdir ki, bu sərgi ilk dəfə 2012-ci ilin
yanvarında Böyük Britaniyanın paytaxtı Londonda
açılmışdır. "Bakıya uçuş.
Müasir Azərbaycan incəsənəti" sərgisi iki il
ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil
edilmişdir.
"Euronews"
televiziya kanalının süjetində əminliklə
bildirilmişdir ki, mart ayınadək davam edəcək sərgi
ziyarətçilər üçün böyük maraqla
qarşılanacaqdır.
Bu
süjetin dünyanın nüfuzlu kanallarından biri olan
"Euronews"da yayımlanması bir daha sübut edir ki, Heydər
Əliyev Fondunun Azərbaycanın mədəniyyətinin,
müasir incəsənətimizin dünyada daha yaxından
tanıdılması istiqamətində həyata keçirdiyi
tədbirlər xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan.-2014.- 11 fevral.- S.2.