Təhsil naziri Cəlilabadda
cənub bölgəsindən olan vətəndaşları
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər. AzərTAc xəbər verir ki, fevralın 10-da təhsil naziri Mikayıl Cabbarov Cəlilabad şəhərindəki Olimpiya İdman Kompleksində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini dinləmişdir.
Adları çəkilən rayonların təhsil şöbələri müdirlərinin və nazirliyin digər tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən işə qəbul, təhsil müəssisələrində buraxılış və qəbul imtahanları zamanı yaranan çətinliklər, diplomların tanınması, ixtisasın artırılması və ya dəyişdirilməsi ilə bağlı olmuşdur.
Müraciətlərin əksəriyyəti yerindəcə, operativ şəkildə həllini tapmış, bir sıra məsələlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilmişdir.
Bəzi
vətəndaşların nazirliyin səlahiyyətlərinə
aid olmayan müraciətləri isə müvafiq qurumlara
çatdırılmaq üçün qeydə
alınmış və nəzarətə
götürülmüşdür.
Azərbaycan.-2014.- 11 fevral.- S.3.