Professor Nərgiz Paşayeva
görkəmli şərqşünas alim
Aida İmanquliyevanın
irsinin toplandığı kitabları Mərkəzi
Elmi Kitabxanaya hədiyyə
etmişdir
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Azərbaycanın görkəmli şərqşünas alimi, filologiya üzrə elmlər doktoru, professor Aida İmanquliyevanın irsinin toplandığı kitabları AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna hədiyyə etmişdir.
Professor
Aida İmanquliyevanın Mərkəzi Elmi Kitabxananın fonduna
təqdim olunmuş irsinə onun qələmə
aldığı məqalələrin və ərəb dilindən
Azərbaycan dilinə tərcümə etdiyi hekayələrin
toplandığı "Məqalələr və tərcümələr"
kitabı, həmçinin görkəmli şərqşünas
alimin 70 illik yubileyinə həsr olunmuş "Şərq və
Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni
əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi
Simpoziumunun materiallarının ingilis dilində nəşr
olunmuş nüsxəsi və "Şərqşünaslığın
aktual problemləri" mövzusunda respublika elmi
konfransının materiallarının dərc edildiyi
kitabları daxildir.
AzərTAc
Azərbaycan-2014.- 11 fevral.- S.3.