Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi H.Ə.Əliyevin
səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:
Qanunvericiliyin
tələblərini dəfələrlə kobudcasına
pozduğuna görə Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Həsən Əkbər oğlu Əliyevin səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
11 fevral 2014-cü il
Azərbaycan.-2014.- 12 fevral.- S.1.