Regional inkişafın Azərbaycan nümunəsi

 

Bu gün Azərbaycan dövləti güclü dövlətdir, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Biz bu təhlükəsizliyi, ictimai asayişi, iqtisadi inkişafı təmin edirik. Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələrdəndir. Bizim hər bir məsələ ilə bağlı öz fikirlərimiz, mövqeyimiz vardır. Beynəlxalq müstəvidə müstəqil siyasət aparmaq üçün ilk növbədə, daxildə bütün işlər lazımi səviyyədə təşkil edilməlidir. Əlbəttə ki, bizim iqtisadi gücümüz, iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi böyük dərəcədə gücləndirmişdir.        

 

İlham ƏLİYEV

 

 

 

Uğurla gerçəkləşdirilən iqtisadi inkişaf strategiyası respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoymasına gətirib çıxarıb. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi əldə edilən müsbət nəticələrdəndir. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların daha çox qeyri-neft sektoruna, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ana xətti kimi diqqəti çəkir. Yeni neft strategiyası çərçivəsində böyük iqtisadi-siyasi dividendlərə yol açan qlobal enerjikommunikasiya layihələrinin reallaşdırılması, qeyri-neft sektoruna diqqətin artırılması hesabına iqtisadi inkişafdakı yüksək dinamizmin neftdən asılılıq dərəcəsinin azaldılması, regionların tarazlı və davamlı inkişafı, yeni müəssisələrin yaradılması, bölgələrin tarixi məşğulluq ənənələrinin bərpası yolu ilə yeni yerlərinin açılması, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi ötən 10 ildə İlham Əliyevin hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdən olmuşdur.

Milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn investisiyaların qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması, vətəndaşların sosial müdafiəsi İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil edir. İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində son illər Azərbaycanda işsizliyin səviyyəsində də nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Əldə edilmiş davamlı iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaratmışdır. Əhalinin gəlirləri 8 faiz, hər nəfərinə düşən gəlirlər 6,6 faiz artmışdır. Ötən il 80 mini daimi olmaqla 110 minə yaxın yeni yeri açılmış, 8 minə yaxın müəssisə yaradılmışdır. Orta aylıq əməkhaqqı 2013-cü ildə 2012-ci ilə nisbətən 6,2 faiz artaraq 540 dollar, pensiyaların orta məbləği 12 faizdən çox artaraq 217 dollar təşkil etmişdir.

 

 

 

Dövlət proqramları Azərbaycanın iqtisadi potensialını gücləndirdi

 

 

 

Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verir. Ölkə başçısının fəaliyyətində diqqəti çəkən mühüm amillərdən biri də qarşıya qoyulan hər bir hədəfin reallaşdırılması üçün reallığa adekvat konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi inkişafına hesablanan fərman və sərəncamlarının əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Məhz bu sənədlərin imzalanması qısa zamanda ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə təkan vermişdir. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı yeni yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.

Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına həsr olunmuş konfransda bildirib: "Birinci beşillik proqram, demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı.

Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların böyük rolu olmuşdur.

Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdürsiyasi iradədir.

Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İqtisadiyyat 3,4 dəfə artmışdır. Heç bir başqa ölkədə son on il ərzində iqtisadiyyat bu qədər artmamışdır. Bunun başlıca səbəbi aparılan islahatlar, ölkəmizdə hökm sürən sabitlik, ictimai asayişdir. Əlbəttə ki, sabitlikdüşünülmüş siyasət iqtisadi sahədə inkişafa da gözəl şərait yaratmışdır. Azərbaycanda iqtisadi islahatlar siyasi islahatlarla tamamlanır. Bu iki istiqamət arasında uzlaşma vardır. Hesab edirəm ki, Azərbaycan təcrübəsi bu baxımdan başqa ölkələr üçün də maraqlı ola bilər".

 

 

 

Regional inkişafda tarazlılıq təmin olunub

 

 

 

Azərbaycan iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı dövlət proqramları mühüm rol oynamışdır. Hökumətin regionların inkişafına xüsusi qayğı ilə yanaşması da ilk növbədə bölgələrin disproporsional inkişafının qarşısını almaq, qeyri-neft sektorunu, sahibkarlığı milli iqtisadiyyatın intibah prosesinin lokomotivinə çevirmək olmuşdur. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən biri kimi tanınır.

İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Bu baxımdan dövlət başçısının regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarını təsdiq etməsi mühüm addım olmuşdur. Dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarda sahibkarlığın inkişafı sürətlənmiş, iqtisadiyyatın tarazlı və davamlı inkişafı, infrastrukturun müasirləşdirilməsi əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır. 2004-2013-cü illər ərzində kənd təsərrüfatı sürətlə inkişaf etmiş, ixracyönümlü emal müəssisələri, xidmət və digər infrastruktur obyektləri yaradılmış, turizmin inkişafı və bütün bunların fonunda isə çoxlu yeni yeri açılmışdır. Dövlət proqramları regionların tarazlı inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinin həllini özündə ehtiva etmişdir.

Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, tarixən aqrar-sənaye respublikası kimi tanınmış və ixtisaslaşmışdır. Son illərdə kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsi məqsədilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaqmotor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır. Regionlarda soyuducu anbarların inşası da fermerlərin maraqlarına cavab verməklə onların istehsal etdikləri kənd təsərrüfatı məhsullarının etibarlı saxlanılmasına və dünya bazarlarına çıxarılmasına imkan yaratmışdır.

2014-2018-ci illəri əhatə edəcək yeni "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda da qeyri-neft sektorunun inkişafı, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının genişləndirilməsi, sahibkarlığın inkişafı, yol və nəqliyyat infrastrukturunun, rabitə xidmətlərinin, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi, regionlarda, xüsusilə kəndlərdə kommunal xidmətlərlə təminatının (su və kanalizasiya təminatının, elektrik enerjisi, qaz və istilik təchizatının) daha da yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət və idman-sağlamlıq obyektlərinin beynəlxalq standartlara uyğun inşası və yenidən qurulması əksini tapmışdır. Proqramda torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi və yeni torpaqların dövriyyəyə cəlb edilməsi, turizm sahəsinin inkişafı, yeni müəssisələrin açılması, əhalinin məşğulluq səviyyəsinin artırılması və s. istiqamətlərdə tədbirlərin görülməsi nəzərdə tutulur.

 

 

 

Sosial təminat və strukturyönümlü layihələr

 

 

 

Ümumiyyətlə, dövlət başçısı İlham Əliyevin son 10 ildə imzaladığı 50-yə yaxın Dövlət Proqramı ölkə həyatının ən müxtəlif sahələrində kompleks islahatların əsasını qoymuşdur. İnkişaf, sosial təminat və strukturyönümlü layihələr ilk növbədə hər bir vətəndaşın layiqli həyat tərzinə, insan hüquq və azadlıqlarının təminatına, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsinə - bir sözlə, davamlı və sabit inkişafa xidmət etmişdir.

İqtisadi sahədə əldə edilmiş bu nailiyyətlər statistik göstəricilərdə də əks olunur. Qeyd edək ki, ötən müddətdə iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artmışdır. Ölkədə 1 milyon 200 min yeri açılmışdır ki, onların 900 mini daimi yeridir. Yoxsulluq təqribən 50 faizdən 5,3 faizə düşmüşdür. İşsizlik 5 faiz təşkil edir. Bu göstəricilərə görə, Azərbaycan hətta inkişaf etmiş ölkələri qabaqlayır. Xarici dövlət borcumuz 8 faiz təşkil edir ki, bu da dünya miqyasında ən yüksək göstəricidir.

Son on ildə ölkəmizə 160 milyard dollar investisiya cəlb edilmişdir. Son illərdə sərmayənin həcmi daha da artır. Ötən il bu göstərici rekord səviyyəyə çatmışdır, Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur. Daxili sərmayələr xarici sərmayələri üstələmişdir adambaşına düşən birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında ön sıralardadır.

 

Prezident İlham Əliyev bildirib: "Yəni, regional dövlət proqramlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün sahələr orada əhatə edilir. 2009-cu ildə qəbul olunmuş proqram mətbuatda da dərc edilib. Hər bir vətəndaş oxuya bilər, onun rayonunda, kəndində hansı işlər görüləcəkdir. Bu iki proqramın formalaşmasında Azərbaycan vətəndaşları fəal iştirak etmişlər. Çünki bu proqramlar yerlərdən gələn təkliflər hesabına yarandı. Yerlərdə yaşayan insanlar daha yaxşı bilirlər ki, orada hansı işlər görülməlidir, ilk növbədə hansı problemlər həllini tapmalıdır. Beləliklə, yerlərdən gələn təkliflər arzular ümumiləşdirilib, proqram halına salınıb, maliyyə resursları təşkil edilib. Hər il dövlət büdcəsi qəbul edilərkən proqramın icrası, investisiya qoyuluşu nəzərdə tutulur. Beləliklə, bu proqramlar konkret xarakter daşıyır.

Ümumiyyətlə, bütün işlərimiz konkret xarakter daşıyır. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Biz populizmdən uzağıq. Qeyri-real vədləri heç vaxt vermirik. Ancaq nəyi deyiriksə, ona da əməl edirik. İki proqramın icrası bunu bir daha təsdiq edir".

Beləliklə, həyata keçirilən sistemli ardıcıl tədbirlər nəticəsində Azərbaycan sosial-iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoymuş, regionun aparıcı güc mərkəzinə çevrilmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas hədəflərinin reallaşdırılması ilə bağlı ardıcıl zəruri tədbirlər həyata keçirilir ki, bu da növbəti illərdə ölkəmizin davamlı inkişafını, dünyada mövqeyinin daha da möhkəmlənməsini xalqımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasını təmin edəcəkdir.

Son illər ərzində qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmışdır. "Dünya rəqabət qabiliyyətliliyi 2013-2014" hesabatında Azərbaycan 5 ildir ki, MDB ölkələri arasında birincidir. Hesabatda makroiqtisadi mühit göstəricisi üzrə ölkəmiz dünyada 8-ci, ümumi milli yığımın ÜDM-ə nisbətinə görə 10-cu, dövlət borcunun ÜDM-ə nisbətinə görə 13-cü yerdə qərarlaşmış, inflyasiya tempinin ən aşağı olduğu ölkə kimi qeydə alınmışdır. Dünyanın nüfuzlu reytinq agentlikləri "Fitch", "Moodys" və "Standard and Poors" Azərbaycanın investisiya səviyyəli kredit reytinqini bir daha təsdiqləmişlər. Bu günlərdə "The Heritage Foundation" fondu tərəfindən 2013-cü il üzrə açıqlanmış dünya ölkələrində iqtisadi azadlıq səviyyəsini xarakterizə edən "İqtisadi Azadlıq İndeksi - 2014" hesabatında Azərbaycan 178 ölkə arasında 81-ci yerdə qərarlaşaraq ilk dəfə iqtisadiyyatı "orta azad" olan ölkələr qrupuna aid edilmişdir.

Ölkəmiz hazırda sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Dövlət başçısı cənab İlham Əliyev respublikanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə prosesini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin mühüm şərti hesab edir. İlham Əliyev çıxışlarında bildirir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki, respublikamız ən qısa vaxtda dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 12 fevral.- S.1;4.