Səhiyyə naziri
İmişlidə vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
Fevralın 11-də səhiyyə naziri Oqtay Şirəliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında Ağcabədi, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarından olan 50-dək vətəndaşı qəbul etmişdir. Qəbulda vətəndaşların sağlamlıq problemləri, müalicə xərcləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilmişdir.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, bəziləri yerindəcə həllini tapmışdır.
Nazirliyin
səlahiyyətlərinə aid olmayan məsələlər
aidiyyəti üzrə çatdırılmaq
üçün qeydiyyata alınaraq nəzarətə
götürülmüşdür.
AzərTAc
Azərbaycan.-2014.- 12 fevral.- S.3.