İtaliyanın «Marie claire.it» onlayn jurnalında Bakının

 dinamik inkişafı ilə bağlı məqalə yerləşdirilmişdir

 

İtaliyanın "Marie claire.it" onlayn jurnalında Azərbaycanın paytaxtı Bakının dinamik inkişafı ilə bağlı məqalə yerləşdirilmişdir.

Yazıda gündən-günə dəyişən, müasir görkəmi ilə gözoxşayan, Xəzər dənizinin sahilində yerləşən Bakının turistlərin diqqətini cəlb edən maraqlı bir şəhər olduğu vurğulanır. Bildirilir ki, enerji sənayesinin tərəqqisi Azərbaycanın dünyada inkişaf etmiş ölkə kimi tanınmasına mühüm töhfələr vermişdir. Məqalədə qeyd edilir ki, 2013-cü ildə prezident seçkilərində xalqın etimadını qazanaraq böyük səs çoxluğu ilə yenidən dövlət başçısı seçilən İlham Əliyev Avropaya inteqrasiya istiqamətində nəhəng layihələrin həyata keçirilməsinə xüsusi önəm verir.

Müəllif vurğulayır ki, tikinti sektorunda müşahidə olunan canlanma şəhərin hər bir nöqtəsində nəzərə çarpmaqdadır. Heydər Əliyev Mərkəzi, "Xəzər adaları" kimi irimiqyaslı layihələr, texnoloji parklar barədə də məlumatların yer aldığı yazıda Dənizkənarı Bulvarda "Kiçik Venesiya şəhərciyi" adlanan ərazi, müasir incəsənətin rəmzi sayılan "Alov qüllələri" kompleksindən və paytaxtda ucalan digər çoxmərtəbəli binalardan danışılır, Bakının gecə görüntüsünün möhtəşəmliyi ilə bağlı məqamlara toxunulur.

Diqqətə çatdırılır ki, UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınmış Şirvanşahlar saray kompleksipaytaxta qədimlik verən Qız qalası şəhərdə tarixin qorunub saxlanıldığına ən gözəl nümunədir.

Məqalədə Azərbaycanın müasir incəsənətinin təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının fəaliyyəti ilə bağlı da məlumat verilir. Qeyd olunur ki, 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmiş qurumun məqsədi müasir Azərbaycan incəsənətini ölkə və dünya səviyyəsində təmsil etməkdir.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

http://www.marieclaire.it/Lifestyle/Viaggio-a-Baku-indirizzi-utili-e-cosa-fare

 

 

 

Maqsud DADAŞOV,

AzərTAc-ın xüsusi müxbiri

Roma

Azərbaycan.-2014.- 12 fevral.- S.7.