Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan

 Prezidenti Georgi Marqvelaşvilinin təkbətək görüşü

 

 

Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfəri

 

Fevralın 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan Respublikası ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirildi. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 13 fevral.- S.1.