Azərbaycan və Gürcüstan
prezidentləri mətbuata
bəyanatlarla çıxış
etmişlər
Gürcüstan
Prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfəri
Prezident İlham
Əliyevin bəyanatı
Fevralın 12-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış etmişlər.
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Mən sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Ölkəmizə xoş gəlmisiniz.
Biz Gürcüstan Prezidentinin Azərbaycana səfərinə çox
böyük əhəmiyyət
veririk. Şadam ki, bizim çox yaxşı müzakirələrimiz və
söhbətimiz oldu.
Biz bir daha
münasibətlərimizin strateji
xarakterini təsdiqlədik.
Xalqlarımız arasında münasibətlər
ölkələrimiz arasındakı
əlaqələr üçün
əsasdır. Bu gün
Gürcüstan və
Azərbaycan iki müstəqil dövlətdir
və beynəlxalq təsisatlarda bir-birinə
dəstək verir.
Çox
güclü siyasi münasibətlərimiz mövcuddur.
Biz BMT, Avropa Şurası
və digər beynəlxalq təşkilatlar
daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək
veririk. Ölkələrimizin ərazi bütövlüyü
məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik.
Gürcüstan və Azərbaycanın
ərazi bütövlüyü,
eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub.
Bu gün biz həmçinin
iqtisadi əməkdaşlıq
perspektivlərini müzakirə
etdik. Hesab edirik ki, iqtisadi əlaqələrimizi,
ticarət dövriyyəsini
artırmaq üçün
böyük potensial vardır. Ticari mübadilələr səviyyəsi arta bilər. Eyni zamanda, qarşılılıqlı
sərmayələr üçün
yaxşı imkanlar vardır və biz Gürcüstanda sərmayə
qoyuluşunun təfərrüatlarını
dəyərləndirəcəyik. Bununla belə, Azərbaycan şirkətləri Gürcüstanın
infrastruktur, enerji və nəqliyyat sektorlarına artıq sərmayə qoymağa başlamışlar. Bu, sənaye sektoruna da aiddir.
Əlbəttə, bu gün biz enerji şaxələndirilməsi
və enerji təhlükəsizliyi ilə
bağlı qarşılıqlı
layihələrimizə aid olan
məsələləri də
müzakirə etdik. Enerji sahəsində
əməkdaşlığın yaxşı tarixi vardır. Azərbaycandan neft və qazı nəql edən əsas ixrac boru kəmərləri
Gürcüstan ərazisindən
keçir. Bu əməkdaşlıq uzun
illər ərzində
çox uğurlu olub. Əlbəttə ki, biz enerji
şaxələndirilməsi ilə bağlı gələcək planlarımızı
da müzakirə etdik. Bildiyiniz kimi, ötən
ilin dekabr ayında XXI əsrin müqaviləsi Bakıda imzalandı. Bu, Avropada ən iri infrastruktur və enerji layihəsidir. İnvestisiyaların ümumi həcmi 45 milyard dollar olacaqdır.
Əlbəttə ki, Azərbaycan,
Gürcüstan, digər
tərəfdaşlar və
dostlar bu tarixi layihəni həyata keçirmək üçün əlindən
gələni edəcəklər.
Daşımalar ikitərəfli əməkdaşlığımızın
həmçinin mühüm
hissəsidir. Bu sahədə
biz həmçinin regionları
və qitələri birləşdirəcək layihəni
həyata keçirməkdəyik.
Biz, eyni zamanda, humanitar sahədəki əməkdaşlığı, insanlar arasında təmasları müzakirə etdik. Çox məmnunam ki, Gürcüstan Prezidenti sabah Azərbaycanın rayonlarına səfər edəcək və Azərbaycanın gürcü icması ilə görüşəcəkdir. Bir neçə il əvvəl mən Marneulidə yaşayan azərbaycanlılarla görüşdüm. Bu cür görüşlər həmçinin münasibətlərimizin gələcək inkişafı üçün vacibdir. Azərbaycandakı gürcülər və Gürcüstandakı azərbaycanlılar bizim böyük zənginliyimizdir. Təbii ki, onların həyatı və fəaliyyəti ikitərəfli əlaqələrimiz üçün vacibdir. Bildirmək istəyirəm ki, tarixin bütün illəri boyu gürcülər və azərbaycanlılar hər zaman sülh və dostluq şəraitində yaşayıblar. Bu gün münasibətlərimiz qardaş, dost və strateji tərəfdaşlar arasında olan münasibətlərdir. Gürcüstan Prezidentinin səfəri söylədiyim sözləri bir daha təsdiqləyir.
Cənab
Prezident, Azərbaycana xoş gəlmisiniz və ümid edirəm
ki, ölkəmizə səfəriniz uğurlu olacaqdır.
Azərbaycan.-2014.- 13 fevral.- S.2.