Azərbaycan və Gürcüstan
prezidentləri mətbuata
bəyanatlarla
çıxış etmişlər
Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana
rəsmi səfəri:
Prezident Georgi Marqvelaşvilinin
bəyanatı
- Sağ olun, cənab Prezident!
Bakıya səfərimizin çox yaxşı başlanğıcını,
apardığımız mühüm
görüşü və
qəbulu bir daha qeyd etmək
istəyirəm. İlk saatlardan qonaqpərvərliyinizi
duyduq.
Bəli, dövlətlərimiz strateji
rifaha aparan münasibətlərin qurulması
işində ölkənin
və regionun gələcəyi üçün
nümunəvi olublar. Həyata keçirdiyimiz
layihələr nəinki
dövlətlərimiz, o cümlədən
digər regionlar üçün də daha yaxşı gələcək imkanlarını
yaradır. Bu səbəbdən, dövlətlərimiz
arasında müstəsna
tərəfdaşlıq, birgə
həyata keçirdiyimiz
enerji və daşıma layihələrinə
sadiqlik, regionda və onun hüdudlarından
kənarda milyonlarla insana daha yaxşı
gələcəyi təmin
edəcəkdir.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan Gürcüstan
üçün nəinki
böyük layihələr,
neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq,
o cümlədən mədəniyyət,
elm və fərdlər
arasında münasibətlər
baxımından olduqca
vacibdir.
Artıq qeyd etdiyim kimi,
siyasi sahədə tərəfdaşlığımızı həyata keçiririk və inkişaf etdiririk. Bu, həmçinin bizim üçün çox vacibdir, çünki bu tərəfdaşlıqla bir-birimizin
cəmiyyətlərini və
dövlətlərini zənginləşdiririk.
Aydındır ki, ərazi bütövlüyü ilə
bağlı ciddi problemlər vardır. İnanıram ki, biz həmin problemlərin sülh yolu ilə həllində
ən düzgün yoldayıq, düzgün istiqamətdəyik. Həmin problemlərin
həlli yolu dövlətlərimizin rifahının
daha da artırılmasından,
çox mühüm birgə layihələrin reallaşdırılmasından keçir.
Dövlətlərimiz arasında yüksək səviyyəli səfərlərin
həyata keçirilməsini
səbirsizliklə gözləyirik. Biz Prezident Əliyevin Gürcüstana səfərini
səmimiyyətlə arzulayırıq.
Biz azərbaycanlıların
Gürcüstanda və
gürcülərin isə
Azərbaycanda həyat
tərzinin daha da yaxşılaşdırılmasını
səmimi qəlbdən
arzulayırıq. Bu sahədə də biz tərəfdaşlığın müstəsna imkanlarını
nümayiş etdiririk.
Bu gün mən
Prezidentə bildirdim ki, Tbilisiyə, Gürcüstana qayıtdıqdan
sonra mən Novruz bayramında azərbaycanlı həmvətənlərimizlə
görüşəcəyəm və bu bayramı
onlarla qeyd edəcəyəm. Bu sahədə
biz həmçinin tərəfdaşlıq
edirik və dövlətlərimiz arasında
xüsusi əməkdaşlıq
imkanlarını nümayiş
etdiririk.
Bir daha sağ olun,
cənab Prezident!
AzərTAc
Azərbaycan.-2014.-
13 fevral.- S.2.