Azərbaycanın Baş naziri Artur Rasizadə və Gürcüstanın Prezidenti Georgi Marqvelaşvili birgə işçi nahar etmişlər

 

Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfəri

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Georgi Marqvelaşvili fevralın 12-də birgə işçi nahar etmişlər.

Səmimi söhbət zamanı ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 13 fevral.- S.2.