«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan

 Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununu "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 352-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 11, maddə 612; 2002, ¹ 5, maddə 250, ¹ 6, maddə 328; 2004, ¹ 3, maddə 133; 2005, ¹ 12, maddə 1079; 2006, ¹ 2, maddə 64, ¹ 11, maddə 933, ¹ 12, maddə 1005; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 4, maddə 252, ¹ 6, maddə 462; 2010, ¹ 3, maddə 172, ¹ 6, maddə 487; 2011, ¹ 4, maddələr 252, 268, ¹11, maddə 989) aşağıdakı məzmunda   14-2-ci maddə əlavə edilsin:

"Maddə 14-2. Həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyəti

I. Həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış tədbirləri bu qanunla müəyyən edilmiş qaydada tətbiq edilir.

II. Həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətini müvafiq olaraq həbs yerlərinin və cəzaçəkmə müəssisələrinin müdiriyyəti həyata keçirir. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə əməliyyat-axtarış fəaliyyətini həbs yerlərinin və ya cəzaçəkmə müəssisələrinin müdiriyyəti ilə birgə həyata keçirirlər.

III. Həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı qanunların icrasına nəzarəti bu qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş qaydada prokurorluq orqanları həyata keçirirlər.".

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2013-cü il

Azərbaycan.-2014.- 13 fevral.- S.3.