Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanı ilə təsdiq
edilmiş «Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi
yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidməti haqqında Əsasnamə»də dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 766-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009, ¹ 12, maddə 991; 2011, ¹ 4, maddə 277) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidməti haqqında Əsasnamə"nin 9.17-ci
və 10.12-ci yarımbəndlərində "təbii inhisar
subyektlərinin," sözləri "təbii inhisar subyektlərinin
siyahısının müəyyən edilməsi məqsədi
ilə təkliflər vermək, həmçinin" sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
10 fevral 2014-cü il
Azərbaycan.-2014.- 13 fevral.- S.4.