Akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan
«Bioinformatika və müqayisəli genomics» jurnalının redaksiya
heyətinin fəxri üzvü seçilmişdir
Dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyev Amerika Birləşmiş Ştatlarında nəşr olunan "Bioinformatika və müqayisəli genomiks" jurnalının redaksiya heyətinin tərkibinə daxil edilmişdir.
AMEA-dan AzərTAc-a bildirmişlər ki, bununla bağlı jurnalın baş redaktoru doktor Paul Anderson tərəfindən instituta məktub daxil olmuşdur. Məktubda bildirilir ki, jurnalda bioinformatika və genomiksin bütün istiqamətləri, o cümlədən klassik aspektlərlə yanaşı, müasir tədqiqatlar və yeni metodlarla bağlı tədqiqatlar çap edilir.
Akademik Cəlal Əliyev tərəfindən Azərbaycanda riyazi biologiya və bioinformatika elminin əsasının qoyulması, inkişaf etdirilməsi və bu istiqamətlərdə kadrların hazırlanmasında əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.
Azərbaycanlı
alimin biologiya elminin aparıcı sahəsi üzrə mötəbər
jurnalın redaksiya heyətinin fəxri üzvü seçilməsi
elmimizin böyük uğurudur.
Azərbaycan.-2014.- 13 fevral.- S.8.