Naxçıvanda İran İslam İnqilabının 35-ci

ildönümü münasibətilə tədbir keçirilmişdir

 

İran İslam Respublikasının Naxçıvandakı baş konsulluğu ölkəsinin milli bayramı - İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, İran İslam Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildikdən sonra Qurani-Kərimdən ayələr oxunmuşdur.

İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Məhəmmədtağı Məhəmmədəli tədbirdə çıxış edərək demişdir ki, 1979-cu ildə İran xalqı öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizəyə qalxaraq qələbə qazanmışdır. İnqilabdan sonra İran islam Respublikası inkişaf edərək bugünkü səviyyəyə gəlib çatmışdır. Bu gün İran İslam Respublikası xarici siyasət kursunda qonşular, regionİslam dünyası ilə əlaqələrin genişləndirilməsinə üstünlük verir. Dostqonşu ölkələr olan İran ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər, əldə olunan razılıqlar siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açmışdır. Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əməkdaşlıq ölkələrimizin əlaqələrinin daha da dərinləşməsinə və inkişafına xidmət edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İslam inqilabının 35-ci ildönümü münasibəti ilə dostqardaş İran xalqını təbrik etmiş, İran İslam Respublikasına inkişaf və tərəqqi arzulayaraq demişdir: "Azərbaycan ilə İran arasındakı münasibətlər dərin köklərə malikdir. Ümummilli liderimiz Heydər Əliyevin 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi İran İslam Respublikasına səfərindən sonra müxtəlif sahələrdə əlaqələrin əsası qoyulmuş, dahi rəhbərin ölkəmizə rəhbərliyi dövründə siyasiiqtisadi münasibətlər yeni mərhələyə yüksəlmişdir. Bu gün qarşılıqlı əməkdaşlıq xalqlarımızın mənafeyinə və maraqlarına uyğun şəkildə davam etdirilir".

Qeyd olunmuşdur ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında da uğurlu əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq qarşılıqlı səfərlər zamanı daha da möhkəmləndirilmiş, energetika, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət, turizmidman sahələrində əlaqələrin inkişafı üçün hərtərəfli zəmin yaradılmışdır.

Ali Məclisin Sədri əlaqələrimizin inkişafında İran İslam Respublikasının Naxçıvandakı baş konsulluğunun da mühüm xidmətləri olduğunu diqqətə çatdırmış, bütün bunlara görə baş konsula və konsulluğun əməkdaşlarına təşəkkürünü bildirmiş, bir daha İran xalqını inqilab günü münasibətilə təbrik etmişdir.

 

Azərbaycan.-2014.- 13 fevral.- S.8.