«Elektron məhkəmə» informasiya sisteminin yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində insanların müxtəlif xidmətlərdən istifadə etmək imkanları asanlaşmış, həmin xidmətlərin keyfiyyət səmərəliliyi artmış, informasiya cəmiyyətinin dayanıqlı davamlı inkişafına etibarlı zəmin yaranmışdır.

Müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edəcəkdir.

Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan vətəndaşların hüquq azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron məhkəmə" informasiya sistemi yaradılsın.

2. "Elektron məhkəmə" informasiya sistemi aşağıdakıları təmin etməlidir:

2.1. ərizə, şikayət digər sənədlərin elektron formada qəbulunu;

2.2. cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını sənədlərin elektron dövriyyəsini;

2.3. məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını;

2.4. məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsini;

2.5. məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma s.) çatdırılmasını;

2.6. məhkəmə proseslərinin audio, video digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını;

2.7. işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsini müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olmasını;

2.8. qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin icra prosesinin izlənilməsini;

2.9. sistemdə proses iştirakçısının iştirak etdiyi üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət ya protestlər barədə məlumat almaq imkanlarına malik "şəxsi kabineti"nin yaradılmasını;

2.10. "Elektron hökumət" portalı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyanı;

2.11. məhkəmə statistikasının elektron qaydada aparılmasını;

2.12. məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını.

3. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan "Elektron məhkəmə" informasiya sisteminin təşkilini fəaliyyətini birgə təmin etsinlər, "Elektron məhkəmə" informasiya sistemindən istifadə qaydalarını müəyyən etsinlər;

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu sərəncamın 2-ci hissəsində göstərilənlərə uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin fəaliyyətini təmin etmək üçün qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb təqdim etsin;

4.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2014-cü il

Azərbaycan.-2014.- 14 fevral.- S.3.