«Üns»
Yaradıcılıq Səhnəsində tanınmış italyan aktrisası
Klaudiya Kardinale ilə görüş keçirilmişdir
Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva görüşdə iştirak etmişdir
Fevralın 14-də "Üns" Yaradıcılıq
Səhnəsinin təşkilatçılığı ilə
tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə
görüş keçirilmişdir.
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva
görüşdə iştirak etmişlər.
AzərTAc
xəbər verir ki, görüş milyonlarla kinosevərin məhəbbətini
qazanmış Klaudiya Kardinalenin məşhur filmlərdə
yaratdığı rollardan fraqmentlərin nümayişi ilə
başlamışdır.
Kinorejissor Ayaz Salayev aktrisanın həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat vermişdir. Görüş Klaudia Kardinale ilə müsahibə formasında davam etmişdir.
Aktrisa 1938-ci ildə
Tunisdə anadan olmuşdur. 1957-ci ildə Klaudia Kardinale ölkənin
ən gözəl qadını seçilmiş və Venesiya
kinofestivalına dəvət almışdır. O, Lukino
Viskonti və Federiko Fellini kimi əfsanəvi rejissorların
filmlərində baş rolları ifa etmişdir. Daha sonralar isə
aktrisanın İtaliya kinosunun ən məşhur
simalarından olan Marçello Mastroyanni ilə çəkildiyi
"Yaraşıqlı Antonio", Alen Delonla birlikdə rol
aldığı "Rokko və onun qardaşları", eləcə
də "Leopard", "Böyük Ayının
dumanlı ulduzları", "İnteryerdə ailə
portreti" kimi filmlər onu Avropa kinosunun ulduzuna
çevirmişdir. Lakin K.Kardinale bununla kifayətlənməmiş
və çəkildiyi "Çəhrayı pantera"
filmi ilə Hollivudu da fəth etmişdir.
Gecədə aktrisanın ən
çox sevdiyi mahnılar ifa edilmişdir. Sonra aktrisa
tamaşaçıları maraqlandıran sualları
cavablandırmışdır.
ÜNS-ün
yaradıcısı və bədii rəhbəri Nərgiz
Paşayeva Klaudia Kardinaleyə görüşdə iştirak
etdiyinə görə təşəkkürünü
bildirmiş, onun tamaşaçıların ürəyində
xüsusi yer tutduğunu qeyd etmişdir.
AzərTAc
Azərbaycan.-2014.- 15 fevral.- S.2.