Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata

 keçirən orqan hesabat verdi

 

Milli Məclisin iclasında

 

Fevralın 14-də Milli Məclisin plenar iclası keçirildi.  Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra deputatlar onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirdilər. Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı.

İlk olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. Məruzəni Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirov diqqətə çatdırdı. Bildirdi ki, 2013-cü il yerli özünüidarəetmə orqanlarının fəaliyyəti baxımından uğurlu olmuşdur. Bir çox bələdiyyələr onların qarşısında duran vəzifələri layiqincə yerinə yetirərək ərazilərində aparılan abadlaşdırma quruculuq işlərində fəal iştirak etmiş, sosial-iqtisadi layihələr həyata keçirmişlər. Bütövlükdə bələdiyyə idarəçiliyinin səmərəliliyi daha da artmışdır. Bələdiyyələrin yerli əhali ilə qarşılıqlı münasibətləri xeyli yaxşılaşmış, ictimai əlaqələri güclənmişdir. Dövlət tərəfindən bələdiyyələrə kömək üçün ayrılan maliyyə vəsaitinin 2013-cü ildə artırılması onların işini daha da yaxşılaşdırmış, yerli sosial-iqtisadi məsələlərin həlli imkanlarını artırmışdır.

Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra qanun layihələrinə baxılaraq rəy təkliflər verilmiş, eyni zamanda mövcud qanunvericiliyə dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihələri hazırlanaraq aidiyyəti orqanlara təqdim edilmişdir. O cümlədən Avropa Şurası Yerli Regional Hakimiyyətlər Konqresinin 326 saylı Tövsiyəsinin icrası ilə bağlı "Ailə kəndli təsərrüfatı haqqında", "Büdcə sistemi haqqında" qanunlara Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihələri hazırlanaraq baxılması üçün aidiyyəti orqanlara təqdim edilmişdir.

Vilayət Zahirov bildirdi  ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə şəffaflıq əsasında həyata keçirilməsi ilə bağlı təkliflərin, həmçinin bələdiyyə qulluqçularının etik davranış qaydalarının hazırlanmasına dair Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilmişdir. Eyni zamanda, "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda yerli büdcənin tərtibinə icrasına, sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna, habelə bələdiyyələrin maliyyə hesabatlarının vaxtında təsdiq olunmasına nəzarət mexanizmləri prosedurlarına dair təkliflər hazırlanması nazirliyə həvalə olunmuşdur.

Ədliyyə Nazirliyinin kollegiya iclaslarında mütəmadi olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin təkmilləşdirilməsi, bələdiyyələrdə qanunçuluğun möhkəmləndirilməsi məsələləri müzakirə edilmiş bu sahədə işin yaxşılaşdırılması məqsədi ilə müvafiq qərarlar qəbul edilmişdir. Nazirliyin  planına uyğun olaraq regional ədliyyə şöbələrində "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında" təlimata əməl olunması vəziyyətini öyrənmək məqsədi ilə əməkdaşlar bir sıra regional ədliyyə şöbələrində işin təşkili ilə yerində tanış olmuş, bələdiyyələrlə istiqamətində daxil olan sənədlərin icra vəziyyəti araşdırılmış aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görülmüşdür.

Ədliyyə nazirinin müavini onu da diqqətə çatdırdı ki, 2013-cü ildə nazirliyə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 1855 müraciət (2012-ci illə müqayisədə 17 faiz çox) daxil olmuşdur. Aparılan təhlillər nəticəsində müəyyən edilmişdir ki, müraciətlərin 495-i torpaq sahəsinin ayrılması tələbi, 302-si torpaq mübahisəsi, 168-i isə torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı olmuşdur. Beləliklə, müraciətlərin 52 faizi torpaq məsələləri, digərləri isə bələdiyyələrin fəaliyyəti ilə bağlı olmuşdur. Daxil olan müraciətlərə baxılarkən onlardan 253-ü aidiyyəti üzrə göndərilmiş, 52-si üzrə inzibati nəzarət icraatı qaydasında araşdırma aparılmış, digərlərinə mahiyyəti üzrə baxılaraq cavab verilmişdir. 25 müraciət üzrə inzibati nəzarət icraatı qaydasında aparılmış araşdırma nəticəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir.

Ölkə rəhbərinin vətəndaşlara xüsusi diqqət qayğı göstərilməsi barədə tapşırığına uyğun olaraq bələdiyyələrin fəaliyyəti ilə bağlı nazirliyə daxil olan müraciətlərin aidiyyəti üzrə həlli istiqamətində müvafiq tədbirlər görülmüş, bu tədbirlərin nəticəsində daxil olan müraciətlərdən 116-sı təmin edilmişdir. Beləliklə, keçən ilə nisbətdə 2,2 dəfə çox müraciət təmin edilmişdir. Müraciətlərə baxılması nəticəsində fəaliyyətlərində nöqsan çatışmazlıqlar müəyyən edilmiş 248 bələdiyyəyə tövsiyələr verilmişdir. Bələdiyyələr tərəfindən tövsiyələr müzakirə edilərək qeyd olunan nöqsan çatışmazlıqlar aradan qaldırılmışdır.

Həyata keçirilmiş maarifləndirmə tədbirlərində respublika Prezidentinin 2012-ci il 21 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Bələdiyyələrin Nümunəvi Reqlamenti"nin tələbləri bələdiyyə üzvləri qulluqçularına izah edilmiş, aktların qanunla müəyyən edilmiş müddətdə inzibati nəzarəti həyata keçirən orqana təqdim olunmasının zəruriliyi onların diqqətinə çatdırılmışdır. Aparılan maarifləndirmə işləri inzibati məsuliyyət tədbirləri nəticəsində nazirliyə təqdim olunan bələdiyyə aktlarının sayı 2012-ci illə müqayisədə xeyli artıq olmuşdur. Belə ki, il ərzində hüquqi ekspertizadan keçmək üçün 59858 bələdiyyə aktı (2012-ci illə müqayisədə 14 faiz çox) daxil olmuşdur.

Vilayət Zahirov bələdiyyələrin işinin daha səmərəli təşkil olunması məqsədi ilə təklifləri diqqətə çatdırdı.

Müzakirələr zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Fazil Mustafa, Çingiz Qənizadə, Qüdrət Həsənquliyev məruzə ilə bağlı fikirlərini bildirdilər. Çıxışlardan sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi səsverməyə qoyuldu nəzərə alındı.

İclasda "Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə, Azərbaycan Respublikası Prezidentinin Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikası Hökuməti Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası Hökuməti Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq qarşılıqlı yardım haqqında" 2004-cü il 5 noyabr tarixli sazişə əlavə dəyişikliklər edilməsi barədə" protokolun təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikası Hökuməti Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə, Azərbaycan Respublikasının "Beynəlxalq Üzüm Şərab Təşkilatını təsis edən saziş"ə qoşulması haqqında məsələlər təsdiq olundu.

Deputatlar qısa müzakirədən sonra Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması razılaşdırılması qaydaları haqqında Əsasnamə"də, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə müsbət münasibət bildirdilər.

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi barədə məlumat verdi. Dəyişikliklərə əsasən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətlərinin artırılması nəzərdə tutulur ki, bu da korrupsiyaya qarşı mübarizə fəaliyyətinin səmərəliliyinin yüksəlməsinə xidmət edəcək. Qanun layihəsi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi baş idarəyə çevriləcək.

İclasda iştirak edən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məsələyə münasibət bildirdi, həmçinin rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verdi. Qanun layihəsi təsdiq olundu.

İclasda son olaraq deputatlar "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə müsbət münasibət bildirdilər.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 15 fevral.- S.1.