«ADA» Universiteti rektorunun iştirakı ilə onlayn forum keçirilmişdir

 

Fevralın 14-  Azərbaycanda ilk dəfə olaraq "ADA" Universiteti rektorunun iştirakı ilə onlayn forum keçirilmişdir.

"ADA" Universitetinin kommunikasiya departamentindən bildirmişlər ki, xarici işlər nazirinin müavini, rektor Hafiz Paşayev sosial mediada gənclərin suallarını cavablandırmışdır.

"ADA" Universiteti, tələbələr üçün təklif edilən bakalavr magistr proqramları, bu ali məktəbin strukturu, beynəlxalq əlaqələri, tədris proqramları digər məsələlərlə bağlı sualları cavablandıran rektor, eyni zamanda, təhsil islahatlarını "ADA" Universitetinin regionun inkişafı üçün lazım olan gənc liderlər nəslinin yetişməsində   rolunu qeyd etmişdir. 

Hafiz Paşayev bildirmişdir ki, forumun əsas məqsədi gəncləri maraqlandıran suallarla yaxından tanış olmaq, onların tələb təkliflərini dəyərləndirməkdir.

Sonda rektor bütün forum iştirakçılarına fəal iştiraka suallara görə təşəkkür etmişdir.

Qeyd edək ki, "ADA" Universiteti ötən il oktyabrın 1-dən  2014-2015-ci akademik il üçün diplomatiya beynəlxalq münasibətlər, ictimai siyasət ixtisasları üzrə magistratura proqramlarına tələbə qəbuluna başlamışdır. Sənədlər aprelin 15-dək qəbul ediləcəkdir.

Bununla yanaşı, "ADA" Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə qiyabi "Ekzekyutiv MBA" proqramına da sənəd qəbulu başlamışdır. Maastrixt Menecment Məktəbi ilə birgə tədris edilən bu proqrama sənədlər aprelin 1-dək təqdim edilməlidir.

"ADA" Universiteti bu ildən beynəlxalq MBA proqramına da başlamışdır. Biznesin idarə edilməsi üzrə bu magistratura proqramında təhsil 18 ay ərzində, işləyənlər üçün uyğun qrafikdə aparılacaqdır. Sənədlərin qəbulu artıq başlamışdır və  mayın 1-dək davam edəcəkdir.

 

Azərbaycan.-2014.- 15 fevral.- S.4.