Bakıda «Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli ittifaq

 regional siyasətin gələcəyi» mövzusunda konfrans keçirilmişdir

 

Fevralın 17-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə "Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli ittifaqregional siyasətin gələcəyi" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda  üç strateji müttəfiq arasındakı münasibətlərin bu günü, regional siyasətin müəyyənləşdirilməsinə təsir imkanları, onlara qarşı yönəlmiş çağırışlara cavab vermə mexanizmi və əlaqələrin gələcəyi müzakirə edilmişdir.

Konfransın açılışında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirmişdir ki, son illərdə Azərbaycanın Türkiyə və Gürcüstan ilə iqtisadi, siyasi, geosiyasi, humanitar sahələrdə əlaqələri inkişaf etmişdir. Konfransın əsas məqsədi də dövlətlərimiz və xalqlarımız arasındakı münasibətləri müzakirə etmək, əlaqələrin perspektivləri haqqında təhlillər aparmaqdır.

Elnur Aslanov demişdir ki, hər üç ölkə son illərdə bir çox dövlətlərin, siyasətçilərin, təhlilçilərin, iqtisadçıların diqqətini cəlb etmişdir. Son on ildə ölkələrimiz yalnız öz xalqlarının deyil, digər xalqların da rifahı üçün həyata keçirdiyi təşəbbüslər, geosiyasigeoiqtisadi layihələrlə dünya ictimaiyyətində maraq yaratmışdır. Təbii ki, bu da son illər ərzində hər üç ölkədə aparılan siyasətin nəticəsidir.

Şöbə müdiri diqqətə çatdırmışdır ki, Azərbaycanın Türkiyə və Gürcüstan ilə strateji əməkdaşlığı xalqlarımız arasında dostluq münasibətlərinə söykənir. Hər üç ölkə çox önəmli geoiqtisadigeosiyasi layihələrə imza atır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP, böyük İpək Yolu kimi layihələr artıq dünya miqyasında öz sözünü demişdir. Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə Avropanın enerji və nəqliyyat xəritəsini yenidən cızır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Elnur Aslanov qeyd etmişdir ki, rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi bölgədə sülhün, əmin-amanlığın bərqərar olmasına ciddi maneədir. İşğalçı ölkənin rəhbərliyi başa düşməlidir ki, bu gün getdikcə zəifləyən, həyata keçirilən layihələrdən kənarda qalmış bir dövlətdə yaşamaq nə erməni xalqına, nə də  Ermənistan dövlətinə uğur gətirməyəcəkdir. Azərbaycan regionun lider dövlətidir. Ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir, yoxsulluğunişsizliyin səviyyəsi son illərdə xeyli azaldılmışdır. Azərbaycan həm də azad internet  elektron demokratiya ölkəsidir. Azərbaycan bir çox brendlərin müəllifidir və bu brendlər yalnız geoiqtisadi brendlər deyildir. Bu brendlər Azərbaycanda mobil hökuməti formalaşdırır. Buna misal kimi "ASAN xidmət"i xüsusi qeyd etmək lazımdır.

Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, Azərbaycan gələcəkdə daha da inkişaf edəcək, müttəfiqləri ilə əməkdaşlığını dərinləşdirəcəkdir.

Konfransın "ADA" Universitetinin professoru Taleh Ziyadovun moderatorluğu ilə keçən "Üçtərəfli strateji əməkdaşlıq və regional təhlükəsizliyin müasir vəziyyəti" mövzusunda birinci panelində SAM-ın direktoru Fərhad Məmmədov çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı güclü əlaqələr uğurlu xarici siyasətin nəticəsidir. Bu ölkələrin əməkdaşlığının qədim tarixi vardır. Hər üç dövlət həmişə ən çətin məqamlarda, xüsusilə beynəlxalq təşkilatlarda bir-birinə dəstək olmuşdur. Bunun bir çox parlaq nümunələri də vardır.

SAM-ın direktoru diqqətə çatdırmışdır ki, regionun inkişafına zərər vuran, sülhün, təhlükəsizliyin bərqərar olmasına əngəl törədən münaqişələrin həlli hər üç ölkənin ortaq marağıdır.

F.Məmmədov bildirmişdir ki, Ermənistanın hazırda regional əməkdaşlıqdan və həyata keçirilən layihələrdən kənarda qalmasının yeganə səbəbi bu ölkənin yürütdüyü işğalçılıq siyasətidir.

Qara Dəniz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yalçın Sarıkaya demişdir ki, Azərbaycan, Gürcüstan və Türkiyə son 10 il ərzində müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir. Hər üç ölkənin birgə həyata keçirdiyi böyük layihələr əməkdaşlığın inkişafının bariz nümunəsidir.

Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın da inkişaf etdiyini deyən  Y.Sarıkaya bildirmişdir ki, Azərbaycan son illər çox sürətlə inkişaf edir. Rəsmi Bakının digər ölkələrə olduğu kimi, Türkiyəyə də böyük investisiya yatırımlarını xüsusi qeyd etmək lazımdır.

Gürcüstanın Siyasət Mərkəzinin direktoru Karneli Kakaçia hər üç ölkə arasında nümunəvi dostluq əlaqələrinin olduğunu söyləmişdir. K.Kakaçia Azərbaycanın hər zaman Gürcüstanın yanında olmasının ölkəsində yüksək qiymətləndirildiyini vurğulamışdır.

Konfrans işini "Müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri" mövzusunda xüsusi sessiya, "İqtisadi potensialın inkişafı: enerji, daşınma və investisiya layihələri", "Üçtərəfli strateji əməkdaşlığın gələcəyi" mövzularında panel iclasları ilə davam etdirmişdir.

Xüsusi sessiyanın məruzəçiləri Türkiyənin Müdafiə Sənayesi Katibliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Yakup TaşdelenGürcüstan Müdafiə Nazirliyinin "Delta" Hərbi-Elmi Texniki Mərkəzinin direktoru Uça Dzodzuaşvili olmuşdur.

Konfransın ikinci panelində İqtisadiSosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov, "Turkish Policy Quarterly" jurnalının baş redaktoru Nigar GökselGürcüstan Universitetinin professoru Akaki Tsomaia çıxış etmişlər.

Üçüncü paneldə isə SAM-ın baş elmi işçisi Cavid Vəliyevin, Türkiyənin Kadir Has Universitetinin professoru Mitat  Çelikpalanın və Gürcüstan Strateji Araşdırmalar İnstitutunun prezidenti, bu ölkənin sabiq xarici işlər və ədliyyə naziri Eka Tkeshelaşvilinin məruzələri dinlənilmişdir.

Konfransın materialları əsasında məruzə hazırlanacaq və nəşr olunacaqdır.

 

Azərbaycan.-2014.- 18 fevral.- S.2.