Görkəmli alim Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının akademiki seçilmiş və
ali mükafatına – «Mühəndislik
şöhrəti» ordeninə layiq görülmüşdür
Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının ümumi iclasının qərarı ilə bu akademiyanın akademiki seçilmiş və ali mükafatı - "Mühəndislik şöhrəti" ordeninə layiq görülmüşdür.
Bu barədə Azərbaycan Mühəndislik Akademiyasına Ukrayna Mühəndislik Akademiyasından təbrik məktubu daxil olmuşdur. Məktubda deyilir: "Biz Azərbaycan Mühəndislik Akademiyası ilə elmi və işgüzar əlaqələri daim genişləndirir və dərinləşdiririk. Biz istedadlı təşkilatçı, geniş təfəkkürə malik rəhbər, dünya şöhrətli alim, nəcib insan kimi akademik Arif Paşayevin xidmətlərini yüksək qiymətləndiririk.
Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Mühəndislik Akademiyasının akademiki Arif Paşayev elm və texnikanın inkişafına, beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələrinə görə Ukrayna Mühəndislik Akademiyasının ali mükafatı - "Mühəndislik şöhrəti" ordeni ilə təltif edilmişdir.
Eyni zamanda, bildiririk ki, Ukrayna Mühəndislik Akademiyasının ümumi yığıncağının qərarı ilə A.Paşayev onun həqiqi üzvü (akademiki) seçilmişdir".
AzərTAc
Azərbaycan.-2014.-18 fevral.-S.8.