Aydan-aya, ildən-ilə abadlaşan Lənkəran
Sürətlə inkişaf edən, abadlaşan Lənkəranda ucaldılan hər bina, salınan hər park, yenidən qurulan küçə və meydançalar "Cənub mirvarisi" sayılan bu məkana yeni gözəllik gətirir. Çox yox, bir-iki ay əvvəl gördüyün köhnə, yöndəmsiz hansısa binanın yerində təzəsini, müasirini görürsən.
Aparılan quruculuq işləri
bir an belə
səngimir. Bir yanda su-kanalizasiya,
təbii qaz xətləri çəkilir,
küçələrə asfalt döşənir, digər tərəfdə
piyadaların hərəkət
etdiyi səkilərə
daşlar düzülür,
yeni binalar üçün özüllər
atılır. Dağ kəndlərinə
gedən yolların çəkilişinin üzü
yaya doğru yenidən sürətləndirilməsi
üçün hazırlıq
işləri görülür.
Aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. Çay istehsalı
son illər xeyli artmışdır. Bütövlükdə, hər yerdə olduğu kimi, son illər lənkəranlılar
üçün də
uğurlu olmuş, əhalinin həyat şəraiti, gün-güzəranı
yaxşılaşmışdır. Ölkə başçısı İlham
Əliyev Lənkərana
dəfələrlə səfər
etmişdir. Bu səfərlər zamanı
neçə-neçə obyekt
istifadəyə verilmiş,
yenilərinin təməli
qoyulmuş, ictimaiyyət
nümayəndələri ilə
görüşlər keçirmişdir.
Keçən ilin yekunları ilə bağlı keçirilən hesabat yığıncağında bir
çox məsələlərdən
ətraflı söhbət
açıldı. Lənkəran
Şəhər İcra
Hakimiyyətinin başçısı
Taleh Qaraşov məruzəsində qeyd etdi ki, regionların
sosial-iqtisadi inkişafı
Dövlət proqramlarında
Lənkəran üzrə
nəzərdə tutulan
tədbirlər bütünlükdə
uğurla yerinə yetirilmişdir: "Qəbul
ediləcək üçüncü
Dövlət Proqramı
da fəaliyyətimizin
başlıca istiqamətverici
iqtisadi-siyasi sənədi
olacaq. Keçən il isə Qumbaşı,
Göyşaban, Qala kompleksləri, Ləvəngi
dairəsində Saat qülləsi, Gərmətük
dairəsində bulaq kompleksi müasir üslubda yenidən qurularaq ağlaylarla üzlənmiş, əraziyə
tamet döşənmiş,
yaşıllıqlar salınmış,
dekorativ güllər əkilmişdir. Bunlarla yanaşı, hava
limanına gedən yolda, dəmir yolu vağzalı ərazisində hasarlar təmir edilmişdir".
T.Qaraşov dedi ki, hər zaman olduğu kimi, keçən il
də şəhərdaxili
küçələr və
yollar diqqətdən kənarda qalmamışdır:
"Bir sıra küçələrdə, Həzi
Aslanov xiyabanında yeni işıqlandırma sistemi quraşdırılmış,
abadlıq işləri
aparılmışdır.
Şəhərdaxili və kənd yollarında, həmçinin
çoxmərtəbəli yaşayış binaların
həyətlərində də
asfaltlanma işləri
görülmüşdür".
2013-cü
ildə rayon ərazisində
ümumi sahəsi 55,5
min kvadratmetr olan fərdi yaşayış
evlərinin tikildiyini deyən natiq ölkə başçısının
müvafıq sərəncamına
əsasən 20 yaşayış
məntəqəsini birləşdirən
Lənkəran-Vilvan-Osaküçə-Türkəncil
yolunun 22,7 kilometrlik hissəsinin yenidən qurulduğunu diqqətə
çatdırdı: "Ötən
il rayonda iqtisadi və sosial sahələrin inkişafına 137,3 milyon
manat investisiya yönəldilmişdir ki,
bunun da 128,5 milyon manatı tikinti-quraşdırma islərinin
payına düşür.
Əvvəlki ilə nisbətən investisiyanın
həcmi 28,1, tikinti-quraşdrma islərinin
həcmi isə 20,8 faiz artmışdır. Ümumi məhsul buraxılışının həcmi
keçən il 358,5 milyon manat
olmuşdur. Bu da
2012-ci ildəkindən 9,3
faiz çoxdur".
Ölkəmizin hər yerində
olduğu kimi, Lənkəranda da aqrar sahə üzrə müəyyən
uğurların əldə
olunduğunu bildirən
T.Qaraşov keçən
il 125 min 956 ton tərəvəzin
istehsal edildiyini və bunun da
əvvəlki ildəkindən
593 ton çox olduğunu
vurğuladı: "Son illər
taxılçılıqda da müsbət nəticələr vardır.
1608 hektar meyvə
bağının 1165 hektarını
subtropik və sitrus bağları təşkil edir. Keçən il
həmin bağlardan
12 min 394 ton meyvə yığılmışdır.
Torpaq mülkiyyətçiləri tərəfindən
121 hektar çay sahəsi bərpa olunmuşdur. Ümumilikdə son 2 ildə rayonda 263 hektar sahədə çay plantasiyası salınmışdır. Heyvandarlıq məhsulları istehsalı
da keçən il xeyli artımışdır".
Əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatından
danışan məruzəçi
bunları bildirdi:
"Əhalinin enerji təminatı xeyli yaxşılaşdırılmışdır.
Ötən il
4 yarımstansiya, "Smart kart" tipli 16 min 41 sayğac quraşdırılmışdır. Təbii qazla təminatı yaxşılaşdırmaq üçün
də rayonda ardıcıllıqla tədbirlər
görülür. Keçən
il 51 yaşayış
məntəqəsi təbii
qazla təmin edilmişdir. Cari ildə isə
daha 15 qəsəbə
və kəndin qazlaşdırılması planlaşdırılıb.
Rayon əhalisinin içməli
su təminatı ilə bağlı da ötən il tədbirlər
həyata keçirilmişdir.
İçməli su və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar şəhər
ərazisində 194 kilometr
icməli su, 1 kilometr kanalizasiya xətti çəkilmiş,
habelə "Smart kart" tipli 3 min 894 sayğac quraşdırılmışdır. Hazırda Xanbulan kəndində sutəmizləyici qurğu,
10 min kubmetr tutumlu su anbarı tikilir. Şəhərdə
və 5 kənddə kanalizasiya
çəkilişi də
davam edir".
Keçən il rayonda təhsil, səhiyyə, mədəniyyət və
turizm sahasində də müəyyən işlər görüldüyünü
xatırladan T.Qaraşov
qeyd etdi ki, hesabat dövründə Vilvan kəndində 640 şagirdlik
orta məktəb və şəhər 5 saylı uşaq bağçası üçün
110 yerlik binalar tikilib istifadəyə verilmişdir. Hazırda isə daha
11 məktəb üçün
yeni bina inşa olunur.
Bəli,
lənkəranlılar qabaqcıllıq
ənənəsinə sadiq
qalaraq hər ayı, ili
uğurla yola salır, dədə-baba torpaqlarının şöhrətini
daha da yüksəltməyə
çalışırlar. Heç
şübhə yoxdur
ki, 2014-ci il
də bu baxımdan onlar üçün uğurlu
olacaq.
Seyran CAVADOV,
Azərbaycan.-2014.-18 fevral.-S.11.