Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan
Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti
və ya daimi yaşamaq üçün
icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 40 Bakı şəhəri,
7 fevral 2014-cü il
"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.2.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti
olma müddətinin uzadılması üçün ərizə-anket"in
nümunəsi təsdiq edilsin
(1 nömrəli əlavə).
2.
"Əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin
uzadılması) üçün ərizə-anket"in
nümunəsi təsdiq edilsin (2 nömrəli əlavə).
3.
"Əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində
daimi yaşamaq icazəsinin verilməsi (müddətinin
uzadılması) üçün ərizə-anket"in
nümunəsi təsdiq edilsin (3 nömrəli əlavə).
4.
"Azərbaycan Respublikasının ərazisində haqqı
ödənilən əmək fəaliyyəti ilə məşğul
olmaq üçün əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə iş icazəsinin verilməsi
(müddətinin uzadılması)üçün ərizə-anket"in
nümunəsi təsdiq edilsin (4 nömrəli əlavə).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2014.- 19 fevral.- S.1.