"Azərbaycan Respublikasının ərazisində
haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq
üçün əcnəbilərə
və ya vətəndaşlığı
olmayan şəxslərə verilən iş icazəsi
blankının ciddi hesabat
sənədi kimi uçotu
Qaydaları"nın və Azərbaycan Respublikasının ərazisində
haqqı ödənilən əmək fəaliyyəti
ilə məşğul olmaq üçün əcnəbilərə və
ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin,
spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
¹ 39
Bakı şəhəri, 7 fevral 2014-cü il
"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.2.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Azərbaycan Respublikasının ərazisində haqqı
ödənilən əmək fəaliyyəti ilə məşğul
olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı
olmayan şəxslərə verilən iş icazəsi
blankının ciddi hesabat sənədi kimi uçotu
Qaydaları" təsdiq edilsin (1 nömrəli əlavə).
2.
"Azərbaycan Respublikasının ərazisində haqqı
ödənilən əmək fəaliyyəti ilə məşğul
olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı
olmayan şəxslərə verilən iş icazəsinin təsviri"
təsdiq edilsin (2 nömrəli əlavə).
3.
"Azərbaycan Respublikasının ərazisində haqqı
ödənilən əmək fəaliyyəti ilə məşğul
olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı
olmayan şəxslərə verilən iş icazəsinin
spesifikasiyası" təsdiq edilsin (3 nömrəli əlavə).
4.
"Azərbaycan Respublikasının ərazisində haqqı
ödənilən əmək fəaliyyəti ilə məşğul
olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı
olmayan şəxslərə verilən iş icazəsinin
nümunəsi" təsdiq edilsin (4 nömrəli əlavə).
5. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə
tapşırılsın ki, Azərbaycan Respublikasının ərazisində
haqqı ödənilən əmək fəaliyyəti ilə
məşğul olmaq üçün əcnəbilərə
və ya vətəndaşlığı olmayan şəxslərə
verilən iş icazəsinin blanklarının qanunvericiliklə
müəyyən edilmiş qaydada hazırlanmasını təmin
etsin və bu barədə Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 39nömrəli qərarı ilə təsdiq edilmişdir
1 nömrəli əlavə
Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu
Q A Y D A L A R I
1. Ümumi müddəa
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında” Azərbaycan
Respublikasının 2013-cü il 2 iyul tarixli
713-IVQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
8 iyul tarixli 938 nömrəli Fərmanının
1.2.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır
və Azərbaycan Respublikasının ərazisində
haqqı ödənilən
əmək fəaliyyəti
ilə məşğul
olmaq üçün
əcnəbilərə və
ya vətəndaşlığı
olmayan şəxslərə
verilən iş icazəsi (bundan sonra – iş icazəsi) blankının
ciddi hesabat sənədi kimi uçotu qaydalarını
müəyyən edir.
2. İş icazəsi blankının sifarişi
və alınması qaydası
2.1. Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi tələbata uyğun olaraq, iş icazəsi
blankının sifariş
edilməsi Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi tərəfindən
həyata keçirilir.
İş icazəsi blankının
hazırlanması ilə
əlaqədar xərclər
Azərbaycan Respublikasının
dövlət büdcəsində
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi üzrə müvafiq məqsədlər üçün
nəzərdə tutulmuş
vəsait hesabına maliyyələşdirilir.
2.2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi çap olunmuş iş icazəsi blankının Azərbaycan
Respublikası Dövlət
Miqrasiya Xidmətinin müraciətinə əsasən
ona verilməsini təmin edir.
3. İş icazəsi blankının uçotunun
aparılması
3.1. Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti hər rübdən sonrakı ayın 20-dək Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi tərəfindən
təsdiq edilmiş formada rüb ərzində verilmiş iş icazəsi blankları barədə hesabatı həmin Nazirliyə təqdim edir.
3.2. İş icazəsi blankının ciddi hesabat sənədi kimi Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin anbarında saxlanılmaqla
uçotu aparılır.
Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti rəhbərinin
icazəsi ilə iş icazəsi blankı anbardan təhtəlhesab şəxslərə
(icraçılara) qaimə-faktura
əsasında verilir.
Maddi-məsul şəxslər Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi
tərəfindən müəyyən
edilir.
3.3. İş icazəsi blankının ilkin uçotu qeydiyyat kitabında aparılır.
İş icazəsi blankının
qeydiyyat kitabının
səhifələri ardıcıl
nömrələnməli, qaytanlanmalı
və sonuncu səhifə Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin rəhbəri və baş mühasibi tərəfindən imzalanaraq
möhürlənməlidir. Qeydiyyat kitabı elektron üsulla (kompyuterlə) aparıldıqda,
məlumatlar hesabat dövrünün sonunda
(ay, rüb və ya il) elektron formada işlənilir.
3.4. İş icazəsi blanklarının cırılmasına,
ləkələnməsinə və üzərində düzəlişlərin aparılmasına
yol verilmir.
3.5. Zədələnmiş və
ya korlanmış iş icazəsi blanklarının Azərbaycan
Respublikasının Dövlət
Miqrasiya Xidməti tərəfindən növbəti
yoxlama (təftiş) keçirilənədək üzərində
“korlanıb” sözü
yazılmaqla, mühasibatlıqda
saxlanılması təmin
edilir.
3.6. Zədələnmiş və
ya korlanmış iş icazəsi blankları məhv edilir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il 7 fevral tarixli
39 nömrəli qərarı
ilə təsdiq edilmişdir
2 nömrəli əlavə
Azərbaycan Respublikasının ərazisində
haqqı ödənilən
əmək fəaliyyəti
ilə məşğul
olmaq üçün
əcnəbilərə və
ya vətəndaşlığı
olmayan şəxslərə
verilən iş icazəsinin
T Ə S
V İ R İ
1. Azərbaycan Respublikasının
ərazisində haqqı
ödənilən əmək
fəaliyyəti ilə
məşğul olmaq
üçün əcnəbilərə
və ya vətəndaşlığı olmayan şəxslərə
verilən iş icazəsi (bundan sonra – iş icazəsi) açıq-göy
rəngli olmaqla A4 formatdadır.
2. İş icazəsinin:
2.1. yuxarı orta hissəsində Azərbaycan
Respublikası Dövlət
gerbinin rəngli təsviri verilir və gerbin təsvirindən aşağıda
alt-alta “AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT MİQRASİYA XİDMƏTİ / STATE MIGRATION
SERVICE OF THE REPUBLIC OF AZERBAIJAN”, “AZƏRBAYCAN RESPUBLİKASININ
ƏRAZİSİNDƏ HAQQI ÖDƏNİLƏN
ƏMƏK FƏALİYYƏTİ İLƏ
MƏŞĞUL OLMAQ ÜÇÜN
ƏCNƏBİLƏRƏ VƏ YA VƏTƏNDAŞLIĞI
OLMAYAN ŞƏXSLƏRƏ VERİLƏN İŞ
İCAZƏSİ / WORK PERMIT ISSUED TO FOREIGNERS OR STATELESS PERSONS
FOR CARRYING OUT PAID LABOUR ACTIVITY IN THE TERRITORY OF THE REPUBLIC OF
AZERBAIJAN” sözləri yazılır;
2.2. orta hissəsində
iki latın hərfindən ibarət olan seriya (İİ) və yeddirəqəmli nömrə yazılır;
2.3. orta hissəsinin solunda aşağıya doğru ardıcıllıqla
“İşə cəlb
edilən əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs/Employed
foreigner or stateless person”, “Soyadı/Surname”,
“Adı/Name”, “Doğum
tarixi/Date of birth”, “Cinsi/SEX”,
“Vətəndaşlığı/Citizenship”,
“Sərhədkeçmə sənədinin seriyası
və nömrəsi/Series
and number of border crossing document”, “Tutduğu
vəzifə/Position”, “İş
yerinin ünvanı/Working
address”, “İşəgötürən/Employer”,
“Hüquqi şəxsin,
xarici hüquqi şəxsin filial və nümayəndəliyinin/fiziki
şəxsin adı /
Name of juridical person, branch or representation of foreign juridical
person/physical person”, “Fəaliyyət sahəsi/Activity area”, “VÖEN (qeyri-kommersiya
hüquqi şəxsləri
üçün qeydiyyat
nömrəsi)/TIN (registration number for
non-commercial juridical persons)”, “Ünvanı/Address”
sözləri yazılır;
2.4. aşağı hissəsinin
solunda möhür üçün yer nəzərdə tutulur və ondan sağda
aşağıya doğru
ardıcıllıqla “Vəzifəli
şəxsin imzası/Signature
of authorized person”, “Verildiyi tarix/Date
of issue”, “Etibarlıdır/Valid until” sözləri yazılır.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il 7 fevral tarixli
39 nömrəli qərarı
ilə təsdiq edilmişdir
3 nömrəli əlavə
Azərbaycan Respublikasının ərazisində
haqqı ödənilən
əmək fəaliyyəti
ilə məşğul
olmaq üçün
əcnəbilərə və
ya vətəndaşlığı
olmayan ºəxslərə
verilən iş icazəsinin
SPESİFİKASİYASI
1. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi (bundan sonra – iş icazəsi) bir səhifədən ibarətdir. Kağızının tərkibi 100 faiz sellülozdan olan iş icazəsi çoxçalarlı intaqlio və metalloqrafik üsulla çap edilir. Kağız və istifadə olunan boya iş icazəsinin lazer printerində çap edilməsi üçün müvafiq hərarət dərəcəsinə davamlı olmalıdır.
2. İş icazəsinin üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi hissəsində böyüdülmüş formada yarımşəffaf şəkildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi embleminin təsviri göstərilir.
3. İş icazəsinin səthi hamardır. Kağızın tərkibində görünən fluoressent liflər vardır. İş icazəsinin istehsalı üçün istifadə olunan kağız optik cəhətdən ultrabənövşəyi şüaları buraxmır. İstehsalında gilyoş, mikro çap və qabarıq çap üsullarından istifadə edilir.
4. İş icazəsinin şəxsi məlumatlara aid hissəsi “göy qurşağı” çap üsulu ilə təsvir olunur. “İŞ İCAZƏSİ” və “WORK PERMIT” sözlərinin yazılışında optik dəyişən mürəkkəbdən istifadə edilir. İş icazəsinin üzərində olan seriya və nömrələr maqnetik mürəkkəblə çap edilir. İş icazəsinin bir sıra elementləri infraqırmızı optik mürəkkəblə təsvir olunur və qoruyucu əlamətlər iş icazəsinin üzərində proporsional şəkildə yerləşdirilir.
5. İş icazəsi üçün istifadə olunmuş kağız və boya ən azı 10 (on) il öz keyfiyyətini və xüsusiyyətlərini saxlamalıdır.
Azərbaycan.-2014.- 19 fevral.-
S.1.