Ukraynanın Xerson
Dövlət Universitetində Xocalı
soyqırımının
22-ci ildönümünə həsr
olunmuş anım mərasimi
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Ümumukrayna Gənclər Assambleyasının, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun təşəbbüsü (ASAIF), "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin dəstəyi ilə Ukraynada elan olunmuş "Xocalı ayı" çərçivəsində növbəti tədbir Xerson Dövlət Universitetində keçirilmişdir. Anım mərasimində universitetin müəllim-tələbə heyəti, bir sıra ölkələrin diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Xerson vilayət təşkilatının sədri Elbin Quliyev ermənilərin son iki əsrdə Azərbaycanın tarixi ərazilərində həyata keçirdikləri soyqırımı, deportasiya və işğalçılıq siyasəti haqqında danışmışdır. O bildirmişdir ki, Xocalı soyqırımını törətməklə bəşər tarixinin qəddarlıq salnaməsinə əbədi imza atmış erməni qəsbkarları öz tarixi cinayətləri qarşısında cavab verməlidirlər.
Sonra Trend İnformasiya Agentliyinin hazırladığı "Sözün bitdiyi zaman" filmi nümayiş olunmuşdur.
"Xerson"
gənclər təşkilatının rəhbəri Andrey
Solomoxin, Xerson Dövlət Universitetinin xarici dillər
kafedrasının müdiri Yevgeni İrkliy və digər
çıxış edənlər ermənilərin Xocalı
şəhərində dinc əhaliyə, xüsusilə də
uşaqlara, qadınlara və yaşlı insanlara qarşı
törətdikləri vəhşilikləri
bir xalqa və millətə qarşı yönəlmiş əsl
soyqırımı siyasəti adlandırmış, dünya
birliyini bu bəşəri cinayətə hüquqi-siyasi qiymət
verməyə çağırmışlar.
Azərbaycan.-2014.- 19 fevral.- S.10.