İlham Əliyev
İnquşetiyanın keçmiş
Prezidenti Ruslan Auşevi qəbul etmişdir
Prezident
İlham Əliyev Rusiya Federasiyası İnquşetiya
Respublikasının keçmiş Prezidenti Ruslan Auşevi qəbul
etmişdir.
İnquşetiyanın keçmiş Prezidenti Ruslan Auşevin ölkəmizin və xalqımızın böyük dostu olduğunu vurğulayan dövlətimizin başçısı onun regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində fəal iştirak etdiyini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz respublikaları arasında ənənəvi dostluq münasibətlərinin inkişaf etdirilməsində böyük rol oynadığını yüksək dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları arasında əlaqələrin möhkəmləndirilməsi, regionda sülhün və əmin-amanlığın bərqərar olması sahəsində xidmətlərinə görə Ruslan Auşevin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu dedi və ordeni ona təqdim etdi.
Rusiya Federasiyası İnquşetiya Respublikasının keçmiş Prezidenti Ruslan Auşev ona Bakıda Prezident İlham Əliyev tərəfindən Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninin təqdim olunmasından böyük qürur hissi keçirdiyini dedi. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad etdi.
Ruslan Auşev
ötən dövr ərzində Azərbaycanda
gedən sürətli inkişaf proseslərinin
də onda dərin təəssürat
yaratdığını dedi.
Azərbaycan.-2014.- 20 fevral.- S.1.