Bolqarıstanın Baş
naziri Plamen Oreşarski
Azərbaycana rəsmi səfərə gəlmişdir
Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski fevralın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Bolqarıstanın və Azərbaycanın
dövlət himnləri səsləndirildi.
Bolqarıstan
Respublikasının Baş naziri Plamen Oreşarskini Azərbaycan
Respublikası Baş nazirinin müavini İsmət Abasov və
digər rəsmi şəxslər qarşıladılar.
AzərTAc
Azərbaycan.-2014.- 20 fevral.- S.7.