"Baku Crystal Hall"da Birinci Avropa Oyunları ilə bağlı təqdimat olmuşdur

 

Monako Knyazı II Albertin Azərbaycana səfəri

 

 

 

Monako Knyazı II Albert Azərbaycana səfəri çərçivəsində fevralın 19-da "Baku Crystal Hall" ilə tanış olmuşdur.

Knyaz II Albertə məlumat verilmişdir ki, bu nəhəng qurğu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2012-ci il mayın 7-də açılmışdır. "Baku Crystal Hall" Azərbaycan Prezidentinin Bakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında 2011-ci il iyulun 11-də imzaladığı sərəncama əsasən tikilmişdir.

Qeyd edilmişdir ki, 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. 2012-ci ilin mayında kompleksdə "Eurovision" mahnı müsabiqəsi yüksək səviyyədə keçirilmişdir. Bununla yanaşı, burada başqa beynəlxalq tədbirlərin, idman yarışlarının keçirilməsi mümkündür. "Baku Crystal Hall"un əhəmiyyətini artıran mühüm amillərdən biri onun Dövlət Bayrağı Meydanının ətrafında yerləşməsidir.

"Baku Crystal Hall" ilə tanışlıqdan sonra "Bakı-2015" Birinci Avropa Oyunlarının keçiriləcəyi idman qurğuları ilə bağlı təqdimat olmuşdur.

Knyaz II Albert Birinci Avropa Oyunlarının keçiriləcəyi məkanları əks etdirən stendlərə baxmışdır.

Məlumat verilmişdir ki, idmanın 18 növü üzrə 49 Avropa ölkəsindən 5400-dən artıq atleti bir araya gətirəcək "Bakı-2015" Avropa Oyunları beynəlxalq idman aləmində ən mühüm tədbirlərdən biri olacaqdır.

Bildirilmişdir ki, Birinci Avropa Oyunlarının keçirilməsi üçün paytaxtda üç əsas məkan - "Kənd", "Şəhər" hissələri Dövlət Bayrağı Meydanı ərazisi nəzərdə tutulmuşdur. Tikintisi sürətlə davam etdirilən "Atletlər Kəndi" artıq oyunların təcrübəli məsləhətçiləri planlaşdırma məsələlərinə məsul şəxsləri tərəfindən elit atletlər üçün dünyanın idman tarixində hazırlanmış ən yaxşı qəbul hazırlıq qurğularından biri hesab edilir. Bununla yanaşı, bu hissədə 65 min yerlik Olimpiya Stadionu Milli Gimnastika Arenasında da işlər yekunlaşmaq üzrədir.

Qeyd edilmişdir ki, "Şəhər" hissəsində oyunların Bakı İdman Zalı, Tofiq Bəhramov adına Respublika Stadionu, Heydər Əliyev adına İdman Konsert Kompleksi, Azadlıq meydanında keçirilməsi nəzərdə tutulmuşdur.

Diqqətə çatdırılmışdır ki, Dövlət Bayrağı Meydanı ərazisində isə oyunlar Bakı Akvatika Mərkəzi, Vaterpol, Çimərlik Basketbol arenaları, eləcə "Baku Crystal Hall"da keçiriləcəkdir. "Baku Crystal Hall"da əsasən, qapalı voleybol, taekvondo, qılıncoynatma, karate, boks yarışları təşkil olunacaqdır.

Tanışlıqdan sonra Monako Knyazına xatirə hədiyyəsi təqdim edilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 20 fevral.- S.8.