BİR ŞƏRQİ DE!

 

 

 

Bir şərqi de içim.

Susuzluqdan içim cadar-cadar.

Bir şərqi de!

Bəlkə səsimiz Tanrıya çatar.

Bir şərqi de!

Bilək imiş günahımız.

Səsin olsun pənahımız.

Bir şərqi de!

Bəlkə daşa dönmüş ürəyim

yumşaldı, kövrəldi.

Ağı deyən dillərə döndü.

Bəlkə bu qan rəngli gün

yuxu oldu, uzaq illərə döndü.

Bir şərqi de!

Bəlkə bu günahsız qanlar

Qırmızı qərənfillərə döndü.

Bir şərqi de!

ürəyim susuz nərgiz kimi soldu.

Bir şərqi de!

Bəlkə bir göyərçin lələk saldı.

Lələyi çəkdim vətənimin sinəsinə

Bəlkə torpağımın yarası sağaldı.

Bir şərqi de!

İmdad diləyirəm Sizdən.

Mənə haray yoxdu

yer üzündəki düzlükdən.

Bir şərqi de!

Boğuldum kimsəsizlikdən

Bir şərqi de!!!

 

Qoca, Fikrət

Azərbaycan.-2014.- 26 fevral.- S.10.