Bolqarıstanın Baş
naziri ümummilli lider Heydər Əliyevin
məzarını və Şəhidlər
xiyabanını ziyarət etmişdir
Bolqarıstanın
Baş naziri Plamen Oreşarskinin
Azərbaycan Respublikasına rəsmi
səfəri
Azərbaycan
Respublikasında rəsmi səfərdə olan Bolqarıstan
Respublikasının Baş naziri Plamen Oreşarskinin
başçılıq etdiyi nümayəndə heyəti
fevralın 20-də Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri, müasir müstəqil
dövlətimizin memarı və qurucusu Heydər Əliyevin
xatirəsini ehtiramla yad etmiş, məzarı önünə
əklil qoymuşdur.
Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi yad olunmuş, məzarı üzərinə tər
güllər düzülmüşdür.
Sonra
qonaqlar Şəhidlər xiyabanını ziyarət etmiş,
Azərbaycanın azadlığı və suverenliyi uğrunda
mübarizədə canlarından keçmiş qəhrəman
Vətən övladlarının xatirəsini ehtiramla yad
etmiş, "Əbədi məşəl" abidəsi
önünə əklil qoymuşlar.
Azərbaycan.-2014.- 21 fevral.- S.2.