Bolqarıstanın Baş naziri Plamen Oreşarski Bakı

 Slavyan Universitetində olmuşdur

 

Bolqarıstanın Baş naziri Plamen

 Oreşarskinin Azərbaycan Respublikasına rəsmi səfəri

 

Azərbaycana rəsmi səfəri çərçivəsində Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 20-də Bakı Slavyan Universitetində (BSU) olmuşdur.

AzərTAc xəbər verir ki, universitetin rektoru professor Kamal Abdulla rəhbərlik etdiyi ali təhsil ocağının tarixi, strukturu, fəaliyyəti beynəlxalq əlaqələri haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, universitetdə "Bolqar dili" "Bolqarşünaslıq" ixtisasları üzrə mütəxəssislər hazırlanır 2007-ci ildən bəri beynəlxalq münasibətlər fakültəsində ikinci ixtisası bolqar dili olan 14 tələbə məzun olmuşdur.

Professor K.Abdulla Sofiya Universitetindəki Azərbaycan Dili Mədəniyyəti Mərkəzinin, BSU-dakı Bolqar Dili Mədəniyyəti Mərkəzinin dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı Slavyan Universitetində olmağından məmnunluğunu ifadə edən Bolqarıstanın Baş naziri Plamen Oreşarski burada bolqar dilinin tədrisi ilə fəxr etdiyini vurğulamışdır.

Görüşdə həmçinin azərbaycanlı tələbələrin Bolqarıstanda təcrübə keçməsi barədə fikir mübadiləsi aparılmışdır.

Sonda BSU-nun rektoru K.Abdulla Bolqarıstan rəsmisinə xatirə hədiyyəsi təqdim etmişdir. Daha sonra Bolqarıstanın Baş naziri universitetdə fəaliyyət göstərən Bolqar Dili Mədəniyyəti Mərkəzi ilə tanış olmuşdur.

Qonağa ətraflı məlumat verən universitetin dosenti Solmaz Süleymanova bildirmişdir ki, mərkəz 2004-cü il oktyabrın 7-də yaradılmışdır. Mərkəzdə həmçinin Bolqarıstandan BSU-ya gələn qonaqlar barədə elektron təqdimat nümayiş olunmuş, tələbələr bolqar dilində mahnı oxumuşlar.

Baş nazir Plamen Oreşarski mərkəzə bolqar dilində bədii ədəbiyyat hədiyyə etmişdir. Burada yaradılmış şəraiti yüksək qiymətləndirən Baş nazir xatirə kitabına ürək sözlərini yazmışdır.

 

Azərbaycan.-2014.- 21 fevral.- S.2.