Səfər başa
çatdı
Bolqarıstanın
Baş naziri Plamen
Oreşarskinin
Azərbaycan Respublikasına rəsmi səfəri
Fevralın 20-də Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatmışdır.
Hər
iki ölkənin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda Bolqarıstanın Baş nazirinin şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Bolqarıstan
Respublikasının Baş naziri Plamen Oreşarskini Azərbaycan
Respublikası Baş nazirinin müavini İsmət Abasov və
digər rəsmi şəxslər yola saldılar.
AzərTAc
Azərbaycan.-2014.- 21 fevral.- S.2.