Qazaxıstan Parlamenti Məclisinin sədri Bakı
Dövlət Universitetində olmuşdur
Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin fevralın 20-də Bakı
Dövlət Universitetinin
kollektivi ilə görüşmüşdür.
AzərTAc xəbər verir
ki, universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov
bu ali
təhsil ocağının
yaranma tarixi, strukturu, fəaliyyəti haqqında məlumat vermişdir. Bildirilmişdir ki, universitetin
nəzdində qazax dili, tarixi və
mədəniyyəti mərkəzi
fəaliyyət göstərir.
Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan
Abel Məhərrəmov demişdir
ki, ölkələrimiz
arasında əlaqələr
uğurla inkişaf edir. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında dostluq münasibətləri əlaqələrimizin
inkişafında mühüm
rol oynamışdır.
Hazırda bu əlaqələrin
daha da genişlənməsində
dövlətlərimizin başçıları
arasında səmimi dostluq münasibətlərinin
önəmi xüsusi
vurğulanmışdır.
Rektor Bakı
Dövlət Universiteti
ilə Qazaxıstan Universiteti arasında əməkdaşlıqdan da
danışmışdır.
Qazaxıstan Parlamenti Məclisinin
sədri Nurlan Niqmatulin bu qocaman
ali təhsil
ocağının kollektivi
ilə görüşməkdən
məmnunluğunu bildirmişdir.
Qonaq Qazaxıstanın xarici siyasətindən, iqtisadiyyatından
danışmış, ölkələrimiz
arasında müxtəlif
istiqamətlərdə, xüsusilə
təhsil sahəsində
əlaqələrin yüksək
səviyyədə olduğunu
bildirmişdir. Nurlan
Niqmatulin, həmçinin
vurğulamışdır ki,
Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlarda uğurla
əməkdaşlıq edir.
Sonda Qazaxıstan
Parlamenti Məclisinin sədrinə xatirə hədiyyəsi təqdim olunmuşdur.
Azərbaycan.-2014.-
21 fevral.- S.3.