Azərbaycan və Mərakeşi ortaq dəyərlər birləşdirir
Fevralın 21-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Mərakeş Parlamentinin Nümayəndələr Palatasının Xarici əlaqələr, milli müdafiə, islam məsələləri və xaricdə yaşayan mərakeşlilərlə iş üzrə komitəsinin sədri Ali Kəbiri ilə görüşüb.
Qonağı
Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu ifadə
edən Ziyafət Əsgərov Azərbaycanın Mərakeşlə
çox yüksək siyasi əlaqələrinin olduğunu
bildirib. Qeyd edib ki, ölkə başçılarının
və parlament nümayəndə heyətlərinin
qarşılıqlı səfərləri bu əlaqələrin
möhkəmlənməsində mühüm əhəmiyyət
kəsb edir. Bugünə qədər Azərbaycan və Mərakeş
hökumətləri arasında 12 sənəd imzalanıb, 12
sənəd isə layihə formasındadır, onların da
imzalanması gözlənilir. Onun sözlərinə görə,
Mərakeşlə bütün sahələrdəki
münasibətlər yüksələn xətlə
inkişaf etsə də, ticarət dövriyyəsinin həcmi
o qədər də yüksək deyil: "Hesab edirəm ki,
siyasi əlaqələrdən çıxış edərək
iqtisadi əlaqələri daha da gücləndirmək
lazımdır. Bunun üçün hər iki ölkənin
böyük potensialı var".
Z.Əsgərov
ölkələrimiz və xalqlarımız arasında olan
dostluq münasibətlərindən danışaraq, burada
parlamentlərarası qrupların da rolunu xüsusi qeyd edib.
Bildirib ki, 2008-ci ildən bəri Mərakeşdə bir
neçə dəfə Azərbaycan Mədəniyyəti
günləri keçirilib. Eləcə də Azərbaycanda Mərakeş
Mədəniyyəti günləri təşkil olunub. Bu onu
deməyə əsas verir ki, hər iki ölkəni birləşdirən
siyasi, humanitar sahələrlə yanaşı, mədəni dəyərlər
də mövcuddur.
Görüşdə
bildirilib ki, Mərakeş hər zaman beynəlxalq təşkilatlarda
Azərbaycanın mövqeyini dəstəkləyir. Həmçinin
Azərbaycan da dost ölkəyə eyni münasibəti bəsləyir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən
danışan Z.Əsgərov vurğulayıb ki, bununla
bağlı BMT, Avropa Birliyi, İslam Konfransı Təşkilatının
və Avropa Şurasının çoxsaylı qətnamələri
var. Təəssüf ki, Ermənistanın böyük
sayğısızlığı nəticəsində bu qətnamələrin
heç biri yerinə yetirilməyib. Daha sonra 1992-ci il fevral
ayının 26-da Dağlıq Qarabağ bölgəsinin
Xocalı şəhərində ermənilərin və
onların havadarlarının törətdikləri
soyqırımını xatırladan Z.Əsgərov bir gecədə
613 sakinin amansızcasına qətlə yetirildiyini deyib. Təəssüf
ki, bəzi dövlətlər və beynəlxalq təşkilatlar
bu soyqırımına hələ də göz yumur. Z.Əsgərov
əminliyini bildirib ki, Mərakeş parlamentində də bu
istiqamətdə işlər gedəcək və Xocalı
soyqırımını tanıyan sənəd qəbul ediləcək.
Ali Kəbiri
də Azərbaycan-Mərakeş əlaqələrini,
xalqlararası dostluq münasibətlərini yüksək qiymətləndirib.
Bildirib ki, Mərakeş hər zaman Azərbaycanın haqq səsinə
səs verəcək və həyata keçirdiyi bütün
strateji layihələrə dəstək olacaq. O, bundan sonra da
bütün sahələrdəki əlaqələrin daha da
inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da müzakirələr aparılıb.
Elgün MƏNSİMOV,
Azərbaycan.-2014.- 22 fevral.- S.1.