«The Economist» jurnalının Azərbaycanda dərc olunmuş

 «Dünya 2014» illik nəşrinin təqdimatı keçirilmişdir

 

Bu il ilk dəfə olaraq Azərbaycanda məşhur "The Economist" jurnalının "Dünya 2014" illik nəşri dərc edilmişdir. Fevralın 21-də "ADA" Universitetində nəşrin təqdimatı olmuşdur.

Tədbirdə "The Economist"in Azərbaycanda rəsmi lisenziya sahibi olan "GT Group" şirkətinin baş meneceri George Şaraşidze çıxış edərək bildirmişdir ki, jurnalın Azərbaycan dilində nəşr olunması xüsusi əhəmiyyət kəsb edir. Dünyanın hər yerində tanınmış və yüksək reytinqə malik "The Economist" jurnalı artıq Azərbaycanın media bazarına daxil olur.

Xarici işlər nazirinin müavini, "ADA" Universitetinin rektoru Hafiz Paşayev mərasimdə çıxış edərək jurnalın Azərbaycanda nəşr edilməsini əlamətdar hadisə kimi dəyərləndirmişdir. Azərbaycanın sürətlə inkişaf etdiyi bir vaxtda belə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanmışdır. Rektor müxtəlif mövzularda məqalələrin yer aldığı yeni nəşrin oxucuların böyük marağına səbəb olacağını bildirmişdir. Qeyd etmişdir ki, bu jurnal oxucuların dünyagörüşünü artıracaq, onların beynəlxalq aləmdə baş verən hadisələri təhlil etmək bacarıqlarını inkişaf etdirəcəkdir.

ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirləri Riçard Morninqstarİrfan Siddiq çıxış edərək jurnalın ölkəmizdə nəşr edilməsinin əhəmiyyətini qeyd etmiş, bununla bağlı təbriklərini çatdırmışdır.

Diplomatlar bu nəşrin uğur qazanacağına əminliklərini bildirmişlər.

Yeni nəşrdə "The Economist"in redaktorlarının, iqtisadiyyat, siyasət, biznes, elmtexnologiya sahələri üzrə dünyada tanınmış ekspertlərin, diplomatların, o cümlədən xarici işlər nazirinin müavini, "ADA" Universitetinin rektoru Hafiz Paşayevin, təhsil naziri Mikayıl Cabbarovun, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, biznes dairələrinin tanınmış nümayəndələrinin məqalələri yer almışdır.

Xatırladaq ki, "Dünya" jurnalı ilk dəfə 28 il bundan əvvəl "The Economist"in illik hadisələr və meyillər üzrə proqnozlarının əks olunduğu bir nəşr kimi çap olunmuşdur.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 22 fevral.- S.8.