İqtisadiyyat və sənaye
naziri Qobustanda vətəndaşları
qəbul etmişdir
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu ilə əlaqədar əvvəlcədən tərtib olunmuş qrafikə əsasən, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev fevralın 21-də Qobustanda vətəndaşları qəbul etmişdir.
Nazirliyin
müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri
qəbulda Qobustan və Şamaxı rayonlarından olan 70 nəfər
vətəndaşın müraciət və təkliflərinə
baxılmışdır.
Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti,
güzəştli kreditlərin
verilməsi, istehsal, emal və xidmət sahələrinin
yaradılması, kredit
ittifaqının Sahibkarlığa Kömək Milli Fondu
ilə əməkdaşlığa cəlb edilməsi, yerli
istehsal müəssisələrinin ixracının dəstəklənməsi
və sair məsələlərlə bağlı olmuşdur.
Qəbulda
vətəndaşların müraciətləri diqqətlə
dinlənilmiş, bir sıra məsələlər yerindəcə həllini tapmış, bəzilərinin isə
araşdırılaraq həll olunması
üçün müvafiq
struktur rəhbərlərinə tapşırıqlar
verilmişdir. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlərlə
bağlı müraciətlər isə müvafiq qurumlara göndərilmək
üçün nəzarətə
götürülmüşdür.
Qəbula
gələn sahibkarlarla müzakirələr
aparılmış, müasir heyvandarlıq komplekslərinin,
iri taxılçılıq təsərrüfatlarının,
logistik mərkəzlərin, istixanaların, yerli xammala əsaslanan
sənaye müəssisələrinin yaradılması,
çörək və şirniyyat, damazlıq yumurta, tikinti
materialları istehsalı ilə bağlı onların təklifləri
dinlənilmiş, investisiya layihələrinin maliyyələşdirilməsi
barədə müvafiq göstərişlər verilmişdir.
Vətəndaşlar
mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə onlarla
görüşündən, müraciət və təkliflərinə
operativ baxılmasından
razılıq etmiş, bunun üçün Prezident İlham
Əliyevə minnətdarlıqlarını bildirmişlər.
AzərTAc
Azərbaycan.-2014.- 22 fevral.- S.9.