Bruney Darüssalamın Sultanı əlahəzrət
Hacı Həssənal Bolkiaha
Əlahəzrət!
Bruney Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Bruney arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bruney Darüssalamın dost xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan.-2014.-
23 fevral.- S.1.
Bakı,
20 fevral 2014-cü il